Əsas Səhifə > Hadisə, Manşet > Adil Vəliyevin işçisinə qarşı dələduzluq ittihamı
Adil Vəliyevin işçisinə qarşı dələduzluq ittihamı28-12-2015, 09:28 |
DİA.AZ: - Ucar rayonu Oğuz küçəsi Dəmir Yolu yaşayış Evi bina 3 mənzil 8 də yaşayan Şamilov Əlirza Qərib oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Həmin məktubu təqdim edirik: "Sabunçu rayonunda yerləşən 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyev özü kimi dələduzlarla əlbir olub vətəndaşların pulunu aldadıb mənimsəməklə məşğuldur. Mirzə Hacıyev bu ilin fevral ayı tarixində mənə bildirdi ki, 148 saylı Mənzil İstismar Sahəsinə məxsus ucuz 1 otaqlı ev var 8000 manata mənim bacım oğlu Akif satır. MİS rəisi Mirzə Hacıyevin bacısı oğlu kimi özünü təqdim edən Akif adlı şəxsin 148 saylı MİS-nin balansında olan evi 8000 manata satdığını mənə bildirdi .Mən həmin Akif adlı şəxslə danışıb razılaşıb 6000 manat pulu ona 1900 manatını isə sənədləşdirmə adı ilə Mirzə Hacıyevə verdim.Bundan sonra bu fırıldaqçılar bu gün sabah deyə -deyə məni get-gələ salıb aldatdılar". Narazı vətəndaş daha sonra dia-az.site-a müraciətində yazır: "Mənə sonra məlum oldu ki, onlar beləcə əlbir olub avam insanları aldadıb pullarını mənimsəməklə məşğuldular.Buna görə də onlarla görüşüb video çəkliş apardım .Həmin video görüntülərdə 148 saylı MİS-in rəisi aldığı pulu etiraf edir ki, onun bu hərəkəti cınayət əməlidir.Video çəklişdə 148 saylı MİS rəisinin qanundan qanunçuluqdan danışması dələduzluqdur ki, guya bu adam qanun tərəfdarıdır.Pulumu bu dələduzlardan ala biləcəyim mümkünsüz olduğunu görüb Sabunçu prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimə baxan Sabunçu rayon prokurorluğunun Malik adlı müstəntiqi heç bir qanunu tədbir görmədi.Baxmayaraq ki, 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyevin məndən saxtakarlıqla pul almasını təsdiq edən video çəkliş olan diski müstəntiqə təqdim etmişdim. Həmin video diski mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim edirəm, baxılsın bəlkə hüquq mühafizə orqanı rəhbərləri bu dələduz MİS rəisi barədə tədbir görələr.Bunu da ona görə edirəm ki, gələcəkdə mnənim kimi avam insanlar belə dələduz vəzifəli şəxsin toruna düşməsinlər". Geri qayıt |