Əsas Səhifə > Hadisə, Manşet > Bəs deyirdilər, məmurların biznesi ola bilməz...
Bəs deyirdilər, məmurların biznesi ola bilməz...23-11-2015, 09:26 |
Masallının icra başçısı Rafil Hüseynovun hər keçən gün yeni məziyyətləri üzə çıxır. JAM.AZ xəbər verir ki, rayonun rəhbərinin oğlu ilə bağlı məsələlər gündəmdən düşməmiş, indi də onun biznesi ilə bağlı maraqlı fotolar və videogörüntülər yayılmağa başlayıb. JAM.AZ «İnfo Masallı» səhifəsinə istinadən xəbər verir ki, problem içində boğulan rayonda icra başçısı Rafil Hüseynov bütün gücünü pul qazanmağa sərf edir. Sosial şəbəkənin yaydığı məlumatda vurğulanır ki, Masallının icra başçısının çörək biznesi var və bu məqsədlə yol kənarlarında çörək satışını təşkil etmək üçün balaca köşklər quraşdırılıb. «İnfo Masallı»nın yaydığı məlumatdan belə anlaşılır ki, həmin çörək köşkləri məqsədli şəkildə quraşdırılıb və onlardan gələn gəlirlər icra başçısına çatır. JAM.AZ bildirir ki, bəzi məlumatlara görə, Rafil Hüseynovun çörək biznesindəki əsas şəriki rayonun tanınmış iş adamlarından olan Rafil Həsənovdur. İddia edilir ki, Həsənovla Hüseynovun ortaqlığı xeyli əvvələ təsadüf edir. Yenə həmin iddialara görə, Rafil Həsənovun hazırda Masallıda çörək zavodu var və oradan əldə edilən gəlir icra başçısı ilə bölüşdürülür. Bir başqa məlumatlara görə, Masallıda fəaliyyət göstərən kiçik çörək sexləri və təndirxanaları sıradan çıxarmaq üçün də icra başçısı bəzi addımlar atıb. Lakin sonradan ətrafındakı şəxslər Rafil Hüseynovu başa sala biliblər ki, həmin sex və təndirxanaların sıradan çıxarılması, rayonda yeni sosial gərginliklər yarada bilər. Məhz bu arqumentdən sonra icra başçısı geriyə addım atmağa başlayıb. Amma yenə də, rayonun rəhbərliyi vaxtaşırı sahibkarları «yada salacaq». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |