Əsas Səhifə > Hadisə, Manşet > Daha bir nazirin adı "MTN işi" qalmaqalında
Daha bir nazirin adı "MTN işi" qalmaqalında10-11-2015, 09:03 |
Prezident İlham Əliyev Eldar Mahmudovu MTN naziri vəzifəindən çıxartdıqdan sonra adı çəkilən qurumda sabiq nazirə bağlı çoxlu sayda general və digər rütbəli şəxslər işindən azad olunaraq ya ehtiyyata ya da həbsə göndərildilər. MTN hadiəsləri ilə bağlı aparılan araşdırmalarda yüksək rütbəli zabitlərin vəzifələrindən istifadə edərək sahibkarlara, müxtəlif dövlət adamlarına qarşı şantaj, zor tətbiqi ilə yolu ilə külli miqdarad qanunsuz pul qazanmaları və sair cinayətlər ortaya çıxmaqda davam edir. Mətbuatda adı “MTN işi” adlandırılan bu məsələ isə artıq müxtəlif dövlət qurumlarına belə sirayət etməkdədir. Özəl mənbələrədn cumhuriyyet.az-a daxil olan məlumata görə Vergilər naziri Fazil Məmmədovda vaxtı ilə həbs olunan MTN-nin idarə rəisləri ilə sıx münsibətlərdə olub. Hətta nazir bəzi məsələlərin həll edilməsi üçün adı çəkilən qurumun köməyindən istifadə edib. Eibarlı mənbəmizin cümhuriyyət.az-a verdiyi ilginc informasiyaya görə bir neçə ay bundan öncə Vergilər naziri Fazil Məmmədov ölkənin tanınan media qurumlarından birinə onunla bağlı informasiya ötürən mənbənin tapılması üçün məhz MTN idarə rəislərindən birinə müracit edib. Hazırda həmin idarə rəisinin və müavinin vurulduğunu bildirən mənbəmiz iddia edir ki, “nazir mənbənin tapılıb üzə çıxarılması üçün 200 min manat vəsait xərcləyib”. Fazil Məmmədovun xərclədiyi 200 min manat isə öz bəhrəsini verib. Belə ki, MTN məlum bir qurumu Vergilər naziri və nazirliyi ilə bağlı səhih informasiyanı ötürən mənbəni özlərinin mətbuatdakı “agentləri” sayəsində üzə çıxarıbılar. Nazirlə bağlı tanınmış mediaya informasiya sızdıran isə Fazil Məmmədovun xalaısoğlu çıxıb. Cümhuriyyət.az-a verilən məlumata görə Fazil Məmmədovun göstərişi ilə xalası oğlu MTN-nin təcridaxanasına aparılıb və orada vəhşicəsinə döyülüb. Naizrin xalası oğlu döyüldükdən sonra iflic keçirib. İddiaya görə iflic keçirən nazirin xalasıoğlu bir müddət Fazil Məmmədiovun adamlarının nəzarətində müalicə olunub və qismən sağaldıqdan sonra ciddi şəkildə tənbeh edilərək ölkədən çıxarılıb. Mənbəmiz bildirir ki, nazir onunla bağlı səhih informasiya ötürən xalaoğlunu MTN tərəfindən zərəsizləşdirdikdən sonra xarici ölkələrin birində yaşamasına icazə verib. Hazırda həmin şəxs MDB ölkələrindən birinə yerləşərək orada yaşayır. İddiaya görə nazir xalası oğlunu onun övladlarına və ailəsinə görə bağışlayıb. MTN zirzəmisində döyülərək iflic olan xala oğlu isə böyük səfə yol verdiyini və ikinci belə səf etdikdə isə həyatında olacağını başa düşdüyü üçün susaraq ölkədən getməyi seçib. Geri qayıt |