Əsas Səhifə > Hadisə, Manşet > 2-ci qrup əlil Qarabağda savaşdığını, yaralandığını sübuta yetirə bilmir...
2-ci qrup əlil Qarabağda savaşdığını, yaralandığını sübuta yetirə bilmir...29-10-2015, 09:15 |
DİA.AZ: - Şirvan şəhərindəN Qarabağ Müharibə veteranı, 2-ci qrup Qarabağ müharibə əlili Qurbanov Adıböyük Mətləb oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır: "Bildirmək istəyirəm ki, 1989-1992-ci illərdə SSR Silahlı Qüvvələrdə xidmət etmişəm, noyabr 1992-ci ildən 11 fevral 1994-cü ilədək 704 saylı hərbi hissədə, 11 fevral 1994-cü ildən 23 aprel 1994-cü ildək 701 hərbi hissədə xidmət etmişəm, 1994-cü ildə Fizuli rayonu ərazisində ağır yaralanmışam, yaralandıqdan sonra təxris olunmuşam. 2-ci qrup hərbi əliləm. Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsindən xidmətim haqqında arayış verilməsi barədə 17.09.2015-ci il tarixdə müraciət etmişdim, lakin mən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda yaralanmağıma, hal-hazırda Prezdent təqüdçüsü olmağıma baxmayara, Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsindən mənə bildirirlər ki, Sizin xidmət haqqında məlumat yoxdur, bu böyük bir ədalətsizlikdir, necə ola bilər Ali Baş Komandanımız (Prezident təqüdü verilməsi ilə), Respublika TSEK və Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası bunu təsdiqləyir, lakin Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsin bu halları inkar edir, məni məcbur edir ki, incidilim və məhkəməyə müraciət edim. Bu ədalətsizliyə son qoyun məni incitməyin". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |