Əsas Səhifə > Hadisə, Manşet > Hacı Salayevlə bağlı yeni ittihamlar...
Hacı Salayevlə bağlı yeni ittihamlar...28-10-2015, 09:10 |
Deputat Hacı Salayevin seçicilərlə görüşləri arzuladığı səviyyədə baş tutmur, seçicilər görüşə gəlməkdən imtina edirlər. TİA.AZ-a verilən xəbərə görə, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən namizəd olan Salayev oktyabrın 26-da Sumqayıtda bir neçə yerdə görüş keçirmək istəyib. Ancaq görüşə çox az sayda adam gəlib ki, onlar da seçki qərargahı üzvlərinin xahiş-minnəti nəticəsində. Gələnlərin bəzilərinə isə pul verildiyi, kimisinin evində müəyyən təmir işləri aparıldığı, kimisinin evinin qarşısında yolun asfatlandığı söylənilir. Seçicilərin boykotu ilə üzləşən H.Salayev həftə sonuna qədər coşqulu, təm-təraqlı görüş keçirməyə çalışır. Çünki bazar günü keçiriləcək seçkilərdə onun mandat qazanacağı hələ sual doğurur. Tia.az saytı xəbər verir ki, biznesmen-deputatın “Milayderlər İttifaqı” ilə əlaqələri onun başına iş açıb. Onun Rusiyada məşhur oliqarx, “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovla qohumluq əlaqələri iqtidara qarşı birləşməklə, gizli şəkildə hamiliklə nəticələnib. Hazırda yenidən namizəd olan və parlamentdə daha 5 il görünmək arzusu ilə seçkiyə qatılan H.Salayevin 2013-cü ildə anti-hökumət fəaliyyəti unudulmayıb. Salayev AST Telmanın qardaşı ilə qudadır. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır. AST Telman “Milyarderlər İttifaqı”na maliyyə dəstəyi verib. Bu layihənin Rusiya mətbəxində hazırlanması və Kremlin ideoloqlarının təzyiq rıçağı kimi seçkilərdə istifadə edilməsi danılmaz faktlardır. H.Salayev isə həmin ərəfədə AST Telmana yaxınlaşaraq bu anti-Azərbaycan projesinə, dövlətçilik və milli maraqlara zidd plana dəstək olubmuş. İddia olunur ki, deputatın anti-Azərbaycan fəaliyyəti yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Lakin millət vəkili bu layihədə iştirakı olmadığını inandırmaq üçün əlindən gələni edib ki, itirilmiş etibarı bərpa etsin. Keçmiş MTN zabiti olan Hacı Salayev özünün böyük biznes sahələrini idarə etməyə güclə vaxt tapır, bəzən isə heç ona da vaxtı olmur. Ona görə də bir sıra biznes sahələrini müxtəlif adamlara tapşırıb. Parlamentdə isə bir çıxışı belə xatırlanmır. Onun MTN zabiti olması sabiq nazir Eldar Mahmudovla əlaqələrini araşdırmağa əsas yaradıb. Bu da Salayev üçün yeni təhlükəli situasiyadır. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalıb. Ehtiyatda olan polkovnik rütbəli zabitdir. MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır. Millət vəkilinin biznesinə daxil olan obyektlərdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq. Geri qayıt |