Əsas Səhifə > Hadisə, Manşet > Şəmkirin icra başçısı özünü hansısa ölkənin prezidentimi zənn edir?
Şəmkirin icra başçısı özünü hansısa ölkənin prezidentimi zənn edir?14-10-2015, 08:43 |
Zeynəb Muradova adlı şəxsdən faktinfo.az saytının elektron poçtuna daxil olan məlumatda bildirilir ki, 8 oktyabr 2015-ci ildə ölkə prezidentinin sərəncamı ilə Şəmkir rayonuna icra başıçısı təyin olunan Alimpaşa Məmmədov elə ilk gündən sərt yanaşmaları ilə diqqəti üzərinə çəkə bilib. Çıxışları zamanı idarə müdirlərini, kənd icra nümayəndələrini təhqir etməyə başlıyıb. Davamlı şəkildə olan tənqid və təhqirlər bir çox konfliktlərə yol açıb. Şəmkir rayon Polis Şöbəsinin sabiq rəisi Şükür Mehdiyevlə arasında yaranan münaqişə ikincinin işdən çıxmasına səbəb olub. Rayondakı dözülməz vəziyyəti ərz edən məktub müəllifi diqqəti rayonda baş alıb gedən özbaşınalıqlara, rüşvət və icra hakimiyyətində işçilərə verilən “paket”lərə çəkməklə, Alimpaşa Məmmədovun növbəti “əməllərin”dən söhbət açacağını da vəd edir. Onu da vurğulayır ki, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinskinin təhsil şöbəsini rüşvət ocağına çevirməsinə, (yeri gəlmişkən, bir müddət əvvəl mətbuatda Məcid Şıxlinskinin 2 milyon manat vəsaiti mənimsəməsinə dair iddialar da yer almışdı) rayon DSMF müdiri Azad müəllimin rayon ƏSMM direktor təyin olunacağına dair fikirlər də yer alır. Rayonda narazılıq yaratmaqda ittiham olunan Alimpaşa Məmmədovun müavini Sona Əliyevanın (məlumat üçün bildirək ki, 1 noyabr V Çağırış Milli Məclisə keçiriləcək seçkilərdə YAP 99 saylı Şəmkir kənd Seçki Dairəsi üzrə Sona Əliyevanın namizədliyini irəli sürüb) təklifləri əsasında rayonda apardığı “kadr” islahatları təccüb və narazılıq yaradır, deyə məktub müəllifi vurğulayır. Məsələn, Bir müddət əvvəl səriştəsiz və maliyyə pozuntusuna yol verən Pərvin Gözəlov A.Məmmədov tərəfindən işdən qovulub və az sonra rayon statistika idarəsinə rəis təyin olunub. Onun yerinə isə təcrübəsiz Emin İsmayılovun təyin olunduğu, bu da idarəetmədə anlaşılmazlığa səbəb olub, rüşvətin çiçəklənməsinə imkan yaradıb ki, yenə də “kadr” islahatlarına getməsini icra başçısına Sona Əliyeva məsləhət bilib. Hətta, A.Məmmədovun dəstəyi və təklifi əsasında 1 noyabr 2015-ci ildə parlament seçkilərində Sona Əliyevanın YAP-ın siyahısında yer almasını təmin etdiyi belə elektron poçta daxil olan məktubda öz əksini tapır. Geri qayıt |