Əsas Səhifə > Hadisə, Manşet > Novruz Aslanov da seçkiləri belə görür...
Novruz Aslanov da seçkiləri belə görür...13-10-2015, 08:49 |
Məlum olduğu kimi noyabr ayının 1-də ölkə ərazisində parlament seçkiləri keçiriləcək. Bununla bağlı ölkədə namizədlərin təbliğat, təşviqat prosesinə start verilib. Ölkədə seçkilərə fərqli aspektdən yanaşanlar olsa da, məsələn, elə siyasi qüvvələr var ki, onlar seçkini baykotun tərəfdarıdırlar. Ancaq seçkidə iştirakın tərəfdarı olan suyasi qüvvələr və müstəqil namizədlər də var. Seçki ilə bağlı onu qeyd etmək olar ki, ölkədə seçkinin olacağı əhali arasında hiss olunmur. Yəni cəmiyyətdə siyasi aktivlik yox dərəcəsindədir. İnsanların hansını dindirirsənsə, onsuz da deputatlar bir neçə ay bundan əvvəl təyin olunublar, deyərək öz münasibətlərini bildirirlər. Ölkədə insanların demək olar ki, seçki institutuna inamı itib. 86 saylı İsmayıllı dairə seçki komissiyasından cumhuriyyet.az-ın elektron poçtuna daxil olan müraciətdə müstəqil namizəd Məzahir Şahvələdov qeyd edir ki, hazırki millət vəkili və yenidən eyni dairədən namizədliyini irəli sürmüş Novruzəli Aslanovun nümayəndələri ona qarşı qarayaxma kompaniyasına başlayıblar. Namizəd qeyd edir ki, Novruzəli Aslanovun seçki qərərgahı rayon idman olimpiya kompleksində yerləşir. Novruzəli Aslanov təbliğat və təşviqat işində idmançıların əməyindən faydalanır: “Onlar mənim təbliğatımla məşğul olan nümayəndələrimə ayrı-ayrı nömrələrdən zəng edib hədələyici tonda danışır və mənim təbliğimdən geri çəkilməklərini tələb edirlər. Novruzəli Aslanovun nümayəndələri 10 oktyabr 2015-ci il tarixində rayon polis şöbəsinə müraciət edərək bildiriblər ki, güya mənim nümayəndələrim rayonun yuxarıbaş adlanan ərazisində yerləşən seçki məntəqəsində lövhədən asılmış namizəd Novruzəli Aslanovun şəkillərini cırıblar. Bu məsələ ilə bağlı mənim də nümayəndələrimin iştirakı ilə qarşı tərəflə birlikdə rayon DSK-nın sədri Əlirəmzi Məhərrəmov tərəfindən dairəyə dəvət olunduq və orada aparılan müzakirə nəticəsində məlum oldu ki, haqqımızda deyilənlər uydurma və qarayaxmadan başqa bir şey deyil”. M.Şahvələdov bildirir ki, bir namizəd kimi DSK-dan, rayon icra hakimiyyəti qurumlarından heç bir şikayəti yoxdur. O, cumhuriyyet.az- ünvanladığı müraciətdə təbliğat-təşviqat prosesində heç bir maneçilik yaradılmadığını qeyd edir: “ Ancaq millət vəkili Novruzəli Aslanovun ətrafında olan şəxslər bu oyunları qurub süni şəkildə narazılıq yaratmaq istəyirlər. Mən məcbur olub kiv vasitəsilə müraciət edir və bildirirəm ki, mənim heç bir provakasiyaya getmək fikrim yoxdur. Məqsədim seçki kompaniyası dövründə seçki qanunvericiliyindəki normalara uyğun olaraq mübarizə aparmaqdır. Mənim namizəd olaraq rayondakı nüfuzum hörmətli Novruzəli Aslanovu möhkəm narahat edir və buna görə də ətrafındakı qoluzorlulardan istifadə etməklə mənə şər-böhtan atdırır. Onların məqsədi məni bu prosesdən kənarlaşdırmaqdır. Mən onların diqqətinə çatdırıram ki, mən ixtisasca hüquqşünasam. Mən şeir, meyxana əhli deyiləm ki, qanunlara qarşı sayğısızlıq nümayiş elətdirim. Oppanentlərimi bir daha qanunun aliliyi prinsipinə əməl etməyə və dinc, sivil şəkildə mübarizə aparmaya dəvət edirəm. Əks təqdirdə mənə qarşı atılacaq bütün qeyri-qanuni addımlara qarşı həm kiv-də, həm də qanunvericiliyin tələblərinə uyğun olmaqla mübarizə aparacaq, haqqımın, hüququmun təmin olunmasını tələb edəcəyəm”. Redaksiyadan:Yazıda səslənən fikirlərə görə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Cumhiriyyət. az olaraq qeyd edirik ki, hazırki millət vəkili hörmətli Novruzəli Aslanovun İsmayıllıda hansı nüfuza sahib olması, onun iki çağırış müddətində deputat olduğu dönəmdə rayon üçün gördüyü işlərlə bağlı rayonda apardığımız monitorinqin nəticələrini dərc edəcəyik. Bizi izləməyi unutmayın. Geri qayıt |