Əsas Səhifə > Hadisə, Manşet, foto > Sel kimi xalqın üstündən keçən Adil Əliyevin qarşısına kötük fırladan olacaqmı?
Sel kimi xalqın üstündən keçən Adil Əliyevin qarşısına kötük fırladan olacaqmı?12-10-2015, 09:21 |
Sabunçu rayonunun icra başçısı Adil Vəliyev şəxsi biznesindən ötrü vətəndaşların mülkiyyət hüququnu pozur. Bakı şəhəri Bakıxanov qəsəbəsinin sakinləri Meri Mustafayeva və Müşfiq Məhərrəmov İstiqlal.az-a müraciət edərək bildiriblər ki, Adil Vəliyev onların mülkiyyətini ələ keçirmək istəyir. Meri Mustafayevanın sözlərinə görə, icra başçısı onların yaşadığı Gənclik 130 ünvanında həmin ərazidə hündürmərtəbəli bina inşa etdirir."Bu bina bizim başımıza bəla olub. Gəlib evlərimizi əlimizdən alır ki, söküb yerində bina tiksin",-deyə Meri Mustafayeva bildirib. Şikayətçi deyib ki, onlar Adil Vəliyevin təklifi ilə razılaşmadıqları üçün icra başçısının qəzəbinə gəliblər: "Bizim mənzilə kompensasiya az verirlər. Bundan başqa yaşayış sahəsi 100 kv.metrdən artıq olduğu halda bizə 75 kv.metrin pulunu vermək istəyirlər. Hələ həyətdə obyektimiz də var idi. Onu da nəzərə almırlar". Meri Mustafayevanın sözlərinə görə, icra başçısı təklifinin qəbul edilmədyini görüb mənzillərinin qaz, su və elektrik enerjisini kəsib: "Bir ildir ki, biz dözülməz şəraitdə yaşayırıq. Təsəvvür edin, binanın damını söküb, qəzalı vəziyyətə salıb sonra da bizi məhkəməyə verib. Guya bina qəzalı olduğuna bizi köçürməlidirlər. Amma yenə də deyirəm ki, binanı o vəziyyətə özü salıb". Şikayətçi deyir ki, məsələ ilə bağlı prezidentə və müvafiq qurumlara müraciət ediblər. Lakin bir nəticəsi yoxdur. Müşfiq Məhərrəmov isə deyir ki, Adil Vəliyevin sifarişi ilə onu yaşadığı mənzildən çıxarıblar: "Günün birində məlum oldu ki, Sabunçu Rayon Məhkəməsi mənim evdən çıxarılmağım barədə qərar çıxarıb. Mənim isə bu məhkəmədən xəbərim olmayıb. Mənim iştirakım olmadan məhkəmə keçiriblər". Şikayətçi bildirib ki,məhkəmə icraçıları onu 4 uşağı ilə birbə çölə atıblar:"Vəhşicəsinə çıxardılar, əşyalarımız qırdılar". Şikayətçilər media vasitəsilə prezidentə müraciət edərək ondan yardım istəyirlər. Qeyd edək ki, Adil Vəliyevin qanunsuz əməlləri barədə mətbuatda çox yazılıb. Bir neçə gün əvvəl onun bahalı maşın kolleksiyası ilə bağlı fotofakt yayılmışdı. Geri qayıt |