Əsas Səhifə > Hadisə, Manşet > Cahangir Hacıyevin həbsi barədə qərar verilib...

Cahangir Hacıyevin həbsi barədə qərar verilib...


5-10-2015, 09:08
Cahangir Hacıyevin həbsi barədə qərar verilib...
Parlament seçkilərindən sonra Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev həbs edilə bilər. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda bildirilir ki, Cahangir Hacıyevin həbsi ilə bağlı ilkin qərar var.

Məlumata görə, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifovun açıq şəkildə Cahangir Hacıyevi ittiham etməsi təsadüfi deyil. Qeyd edək ki, Samir Şərifov Milli Məclisin bir neçə komitəsinin birgə iclasında deputatların Beynəlxalq Bankla suallarını cavablandırarkən Cahangir Hacıyevin ciddi səhvələrə yol verdiyini bildirmişdi. Maliyyə naziri Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı"nda faktiki olaraq Cahangir Hacıyevi suçlu kimi qələmə vermişdi.

Məlumatda deyilir ki, araşdırmalar zamanı kreditlərinin girovsuz verilməsi üzə çıxıb. Bu barədə vəkil Kamandar Nəsibov da açıqlamalarında bildirib. İddialara görə, girovsuz kreditlər bir neçə yüksək vəzifəli məmurun zəmanətilə ilə verilib. Həm Cahangir Hacıyevə, həm də həmin məmurlara parlament seçkilərinə qədər kreditləri qaytarmaq tapşırılıb. Lakin kreditlərin əhəmiyyətli hissəsi hələ də qaytarılmayıb. Ona görə də Cahangir Hacıyevin cəzalandırılması gündəmə gəlib.

Məlumata görə, seçkidən sonra kreditlərə zamin duran məmurlar da işdən çıxarıla bilər. Qaynağımız bildirir ki, Cahangir Hacıyevin həbsi rezonans doğuracağı üçün bunu seçkidən əvvəl həyata keçirmək məqsəduyğun sayılmayıb.

Geri qayıt