Əsas Səhifə > Hadisə, Manşet > Bu kəndin sakinləri 4 sinifdən artıq oxuya bilmirlər...
Bu kəndin sakinləri 4 sinifdən artıq oxuya bilmirlər...25-01-2017, 11:02 |
DİA.AZ: - Təhsil millətin gələcəyə olan inamıdır. Yəni təhsili olmayan millət məhvə məhkumdur ki, bu gün total savadsızlığın, elmsizliyin hökm sürdüyü çillətlərin hansı aqibəti yaşadığını görməkdəyik. Necə ki, fərd cahilliyi səbəbindən xoş günə tamarzıdır, eləcə də bilgisiz toplumlar da eyni qaydada firavan həyat anlayışından uzaqdadırlar. DİA.AZ bildirir ki, Azərbaycan isə bu sarıdan problemli olmasa da, ölkəmizin elə yerləri var ki, bu gün maariflənmə problemini hiss edirlər. DİA.AZ-a müraciət edən Yevlax rayonun Bəydilli kəndinin sakinləri də kütləvi savadsızlıqdan giley edirlər. Onlar yazır: "Hansı zəmanədə yaşayırıq, anlaya bilmirik. Camaat Marsda həyat axtarır, biz Bəydilli kəndində həyat əlaməti görmürük. Çünki kənddə kütləvi savadsızlıq baş alıb gedir". Bunu dia-az.site-a müraciətlərində məktəbsizlik problemi ilə izah edən Bəydilli sakinləri bildirir ki, kəndlərində 4 siniflik orta məktəb var: "Yəni uşaqlarımız 4-cü sinifə qədər oxumaq imkanına malikdir. Kimin imkanı varsa, övladını ya qonşu kəndə, ya da Mingəçevirə oxumağa yollayır ki, övladı tam orta təhsil ala bilsin. Əksəriyyətin isə imkanı yoxdur. Ona görə də bizim kənddə tam orta təhsili olanlara alim kimi baxırlar". Bununla bağlı yerli icra orqanlarına, həm də təhsil nazirliyinə müraciət etdiklərini deyən kənd sakinləri problemlərinin həlli üçün dövlət rəhbərliyindən kömək umurlar. Geri qayıt |