Əsas Səhifə > Hadisə, Manşet > Xalqı böhranda saxlayan qurum: Dövlət Gömrük Komitəsi...

Xalqı böhranda saxlayan qurum: Dövlət Gömrük Komitəsi...


30-09-2015, 09:05
Xalqı böhranda saxlayan qurum: Dövlət Gömrük Komitəsi...
DİA.AZ: - Manatın rəsmi devolvasiyasından sonra hökumtə total bahalaşmanın qarşısının alınması üçün ciddi hərəkətə keçirmiş kimi göründü. Amma indi aydın olur ki, rəsmi Bakının bu addımlarına heç də bütün dövlət qurumları anoloji reaksiyanı verməyiblər. Söhbət konkret olaraq başında Aydın Əliyevin dayandığı Dövlət Gömrük Komitəsindən gedir. Aydın olanı budur ki, bu komitə elə bahalaşmaya rəvac verən, bahalığı stimullaşdıran əsas dövlət qurumudur. DİA.AZ olaraq bu yöndə son statistik rəqəmləri diqqətinizə çatdırırıq ki, gözləriniz önündə real mənzərə canlansın.

Məsələn, aydın olur ki, 2015-ci ildə Belarusda kibritin ixrac qiyməti 40-50% düşüb. Amma Azərbaycanda 10 qutu kibrit 0,20 manata satılır.

Belarus statistika qurumunun (http://goo.gl/X85eW5) məlumatına görə, may-iyulda bu ölkədən Azərbaycana 511 ton kibrit ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 34,3% azdır. Bir ton məhsul $884-a satılıb, deyə Belarus statistika qurumu bildirir. 2014-cü ilin 7 ayında Azərbaycanda 1 ton kibritin orta ixrac qiyməti $1 250,7 olub.

Maraqlıdır ki, bu il Azərbaycan gömrüyündə Belarus kibritinin tonu 1029$/t-dan sənədləşdirilib. Halbuki 2014-cü ilin I yarısında bəyannamə qiyməti 160$/t idi.

Gömrük Komitəsinin (http://goo.gl/ZXf6HD) məlumatına görə, bu ilin I yarısında Belarusdan 357,6 ton kibrit idxal edilib, bu, ötən ilin eyni dövründəkindən 35,5% azdır.

Yanvar-iyunda Azərbaycana 762,6 ton kibrit idxal olunub. İdxal 10,5% azalıb. Azərbaycan sərhədinə qədər kibrit idxalının rəsmi xərcləri $888,3 min olub. Bu, ötən ilin eyni dövründəkindən 4 dəfə çoxdur.

Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana kibrit Rusiya (372,1 ton, $450,1 min), İran (15,49 ton, $14,79 min), Hindistan (16,8 ton, $24 min), Türkiyə (0,2 ton, $9,51 min), Ukrayna (0,19 ton, $16 min) və Serbiyadan (0,17 ton, $5,63 min) idxal edilir.

Yəni yuxarıdakı rəqəmlər də təsdiqləyir ki, əslində Aydın Əliyevin komitəsi saxta rəqəmlər hesabına böyük pulları cibə ötürür. DİA.AZ əlavə faktları da təqdim edir:

Bildirək ki, Azərbaycanda ən aşağı ixrac göstəricisi avqust ayında qeydə alınıb - 741 milyon dollar.

Hələlik (28 sentyabr saat 12:00-a olan məlumata görə) Dövlət Gömrük Komitəsi 2015-ci ilin 8 ayı üçün gömrük statistikasını açıqlamayıb. Halbuki, normativ akta görə, bu statistika hesabat dövrü başa çatdıqdan sonra ayın birinci yarısından gec olmayaraq açıqlanmalıdır. DİA.AZ bildirir ki, əmtəə ixracının həcmi barədə məlumatı iqtisadçı Rövşən Ağayev özünün Facebook səhifəsində yayıb.

Bu il ən yüksək ixrac göstricisi yanvarda qeydə alınıb - $1 mlrd. 278 mln.

Yanvar-avqust aylarında Azərbaycandan əmtəə ixracının həcmi $8 mlrd. 184 mln. təşkil edib. 2014-cü ilin həmin dövründə ixracdan valyuta daxilolmaları iki dəfə çox - $15 mlrd. 351 mln. təşkil edib.

Yəni bu azalma fonunda DGK rəhbərliyinin nədən, məsələn kibrit qutularına bu qədər "maraqlı" olduqlarını da təxmin etmək olar. Yəni idxal-ixrac bazarının kasadlığı fonunda əvvəlki gəlirlərini əldə etməyə çalışan Aydın Əliyevin çənəkəsi bunun bədəlini millətə ödətmək niyyətində lduqlarını heç də gizlətmirlər...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt