Əsas Səhifə > Hadisə, Manşet > Komitə sədri ilə nazir arasında ilginc çəkişmə...
Komitə sədri ilə nazir arasında ilginc çəkişmə...29-09-2015, 08:42 |
Bir müddət öncə paytaxtdakı kolleclərdən birinin işdən çıxarılmış direktoru “91-lər”dən olan Heydər Hüseynovla bağlı faktinfo.az saytına daxil olan məlumatı dərc etmişdik. Həmin xəbərdə bildirilirdi ki, H. Hüseynov may ayının əvvəlində Bakı İdarəetmə və Texnologiya Kollecində işdən uzaqlaşdırlıb, Azərbaycan Dəniz Balıq Sənaye Kollecinə direktor təyin olunub. Zamanında ümummilli lider Heydər Əliyevin şəxsən kollecə direktor təyin etdiyi H. Hüseynovun iyun ayının 15-də 65 yaşı tamam olub. Həmin gün kollec direktoru üçün ikitərəfli bayram olub. Ad günü və ümummilli lider H. Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını təcəssüm etdirən 15 iyun Qurtuluş bayramını qeyd edən H. Hüseynov həmin gün də işdən azad olunub. Lakin H. Hüseynov təltif ediləcəyini gözləyirmiş. Hətta, məlumatlarda o da qeyd olunurdu ki, H. Hüseynovu işdən kənarlaşdıracaqdırlarsa, nədən digər kollecə bir aylıq direktor təyin edirdilər? Burada məqsəd nə idi? Bəlkə təhsil naziri Mikayıl Cabbarov H. Hüseynovu qohumu Elşad İsgəndərova qarşılıq işdən çıxarıb? Çünki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov Mikayıl Cabbarovun qohumu, hazırki sədr Mübariz Qurbanlı isə H. Hüseynovun bacanağıdır, – kimi fikirlər də daxil olan mətndə öz əksini tapmışdı. Bu gün saytımıza əlavə məlumatlar daxil olub ki, H. Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqrama vurub, məktub göndərərək, işinə bərpa olunmaq istədiyini bildirib. Lakin istəyi təmin olunmayıb. Çarəsiz qalan H. Hüseynov məhkəməyə müraciət etmək istəsə də, sonradan bu fikirindən daşınıb. Bir neçə gün bundan qabaq Prezident Aparatına gedərək, göndəridiyi şikayətlərin araşdırılmasını istəyib. Məlumatı dəqiqləşdirmək məqsədilə H. Hüseynovla əlaqə saxlamaq istədik, zəngimizə cavab vermədi. Nəzərə almaq lazımdır ki, ulu öndər çıxışlarının birində “91-lər”-i Azərbaycan xalqının qızıl fondu kimi dəyərləndirib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |