Əsas Səhifə > Hadisə, Manşet > Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir

Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir


23-09-2015, 09:31
Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir
DİA.AZ: - Redaksiyamıza şikayət edən Ucar rayonu 28 May küçəsi ev 17 sakini Əhmədov İlyas Mirabdulla oğlu yerli polis idarəsinin rəisindən narazılıq edir. DİA.AZ-a daxil olan müraciətdə bildirilir:

"Yazıb bildirirəm ki.,Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizim ailənin 7250 ( yeddi min iki yüz əlli) manat pulunu vermir mənimsəyib.Belə ki, bu ilin yanvar ayı tarixində polis rəisi Tahir Quliyevə məxsus Bərdə rayonu ərazisində yerləşən möhtəşəm " Qızıl balıq " otel-restoranının tikntisinin kafel-metlaq və taxta işlərini apardıq.5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik evlər ( domiklər) , çoxlusayda besedkaların bütün kafel, metlax və taxta işlərini gördük.Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə üstümüzə qışqırıb bizi həbs etdirəcəyi ilə hədələyib qovdu və pulumuzu vermədi.Biz ustayıq bu tikinti işi çox geniş olduğundan özümüzlə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparmışdıq".

Narazı vətəndaş daha sonra dia-az.site-a yazır: "Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub "Ford" markalı şəxsi avtomobilimizi 5500 manata satıb fəhlələrin pulunun bir hissəsini verdik, bir hissəsi isə qaldı. İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq onların pulnu verməliyik, hələ öz zəhmət haqqımızı demirik.Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik.Qeyd edim ki, Tahir Quliyev bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin rəisi idi,bu ilin iyun ayında Oğuz RPŞ-nə rəis təyin edilib.Tahir Quliyev əslən Bərdə rayonundandır.İmkanıda çox-çox genişdir.10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq bizim haqqımızı yeyib, haramlıq edir.Ailəmiz bu barədə Prezidentə, Ramil Usubova və digər ali orqanlara şikayət ərizəsi yazıb göndərib kömək etmələrini xahiş etmişik.Biz mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirik.Miliyonlarla manat var-dövləti olan Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Tahir Quliyevin bizə olan borcunun ondan almağımıza bizə köməklik edəsiniz və vəzifə səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıqlar, qanunsuzluqlar edən polis rəisi barəsində qanunu tədbirlər görəsiniz, xahiş edirik bizə bu işdə yaxından köməklik göstərin".

Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir
Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir
Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir
Rəis özünün restoranında işlətdiyi fəhlələrin haqqını yeyir

Geri qayıt