Əsas Səhifə > Hadisə, Manşet > Həbsdəki sabiq məmurun ailəsinin ölkədən getməsi xəbəri yayıldı
Həbsdəki sabiq məmurun ailəsinin ölkədən getməsi xəbəri yayıldı22-09-2015, 08:56 |
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdəki sabiq rəisi Rəşad Məmmədovla bağlı yeni xəbər yayılıb. Gunxeber.com-a daxil olan bu məlumatda iddia olunur ki, sabiq rəisin həbsindən bir müddət sonra onun xanımı Səbinə Məmmədova və övladları Azərbaycanı tərk ediblər. Bu xəbərlərdə qeyd edilir ki, R.Məmmədovun ailə üzvləri əvvəlcə Avropa ölkələrindən birinə, daha sonra isə Hollandiyaya üz tutublar. Onların bu ölkədə yaşamaq izni almaq üçün artıq müəyyən prosedurlara da baş vurduqları bildirilir. Aldığımız məlumatı dəqiqləşdirməyə çalışsaq da, buna nail ola bilmədik. Amma R.Məmmədovu tanıyan mənbələr zamanında onun ailə üzvlərinin tez-tez xaricə səfərlər etdiklərini bildirməklə yanaşı qeyd etdi ki, bir müddət öncəyə qədər onların yenidən xaricə yollandıqlarından məlumatlı olub. Amma sonradan Bakıya dönüb-dönmədiklərini, hazırda harda olduqlarından xəbərsizdir. Qeyd edək ki, R.Məmmədov bu ilin mayında prezident İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilib. Bir müddət sonra həm o, həm də faktiki sahibi olduğu “Azİmport” şirkətindəki şəriki Azər Əsgərov həbs olunublar. Onun həbsindən əvvəl və sonra mətbuat yazırdı ki, R.Məmmədovun anası milliyyətcə ermənidir. Daha sonra isə onun Bakıda dəyəri on milyonlarla manat dəyəri olan əmlakı, bahalı restoranları üzə çıxdı. Eyni zamanda sosial şəbəkələrdə Məmmədovlar ailəsinin kralsayağı həyat tərzini əks etdirən çoxlu fotolar yayıldı. Qeyd edək ki, bu fotoların əksəriyyəti R.Məmmədovun xanımı S.Məmmədova tərəfindən yayılmışdı. Qarş tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə yanaşı həmin fotolardan bir necəsini təqdim edirik. Geri qayıt |