Əsas Səhifə > Hadisə, Manşet > Bakı Apellyasiya Məhkəməsinin hakimi cəzadan necə qurtuldu?

Bakı Apellyasiya Məhkəməsinin hakimi cəzadan necə qurtuldu?


8-09-2015, 10:23
Bakı Apellyasiya Məhkəməsinin hakimi cəzadan necə qurtuldu?
Neçə il əvvəl korrupsiya əməlinə görə Məhkəmə-Hüquq Şurasının qərarı ilə şiddətli töhmət almış Bakı Apellyasiya Məhkəməsinin hakimi Salman Babayev həbs olunmaq əçvəzinə pensiyaya çıxıb indi də kef çəkir...

Məhkəmə-Hüquq Şurasının iki gün əvvəlki növbəti iclasında bəzi kadr və digər təşkilati məsələlərə baxılıb. Iclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.
“Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb”, - deyə məlumatda qeyilir.
Maraqlıdır, Məhkəmə-Hüquq Şurası “korrupsiyaya şərait yaradan hallara” yol vermiş hakimləri hələ də məhkəmə sistemində niyə saxlayır? “Korrupsiyaya şərait yaradan hal” o deməkdir ki, korrupsiya baş verib, adları çəkilən hakimlər də buna şərait yaradıb. Başqa sözlə, bu məsələdə onların da əli olub.
Azərbaycan məhkəmələri indiyədək onlarla adamı korrupsiya ittihamı ilə heç yetərincə sübut-dəlil olmadan uzunmüddətli həbs cəzasına məhkum edib. Bəs korrupsiyaya şərait yaradan hakimlərə niyə güzəşt edilir? Onlar nəinki həbs edilmir, hətta vəzifədən də çıxarılmır, yalnız töhmətlə cəzalandırılır. Korrupsiyada əli olduğu Məhkəmə-Hüquq Şurası səviyyəsində təsdiqlənən adamlara başqalarının taleyini həll etmək vəzifəsinin həvalə olunması hallarına yəqin ki, yalnız Azərbaycanın məhkəmə-hüquq təcrübəsində rast gəlmək olar.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Salman Babayev də neçə il əvvəl korrupsiya əməlinə görə töhmət almışdı, amma
yenə də hakim vəzifəsində qalırdı...
“Təzadlar” ötən saylarında bu barədə yazmışdı... Maraqlıdır ki, adi bir insan 200-300 manat pul mənimsəyəndə onun barəsində cinayət işi başlanır. Amma dəfələrlə olub ki, hakimlər adbaad korrupsiya əməlinə görə MHŞ tərəfindən cəza alırlar, amma vəzifələrini davam etdirirlər. Bu hakim toxunulmazlığıdırmı? Yaxın keşmişə qayıdaq, (2007-ci ildə Məhkəmə-Hüquq Şurasının növbəti iclaslarının birində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və yeni apellyasiya məhkəmələrinin formalaşdırılması məsələləri müzakirə edilir... Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən iclasın rəsmi protokolunda qeyd olunur ki, “Son dövrdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericilikdə mütərəqqi dəyişikliklər edilmiş, beynəlxalq təcrübəyə uyğun yeni təsisatlar yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün əsaslı tədbirlər görülmüş, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçimi təşkil olunmuşdur... Şuranın iclasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, o cümlədən vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiklərinə görə Apellyasiya məhkəməsinin hakimləri Cavanşir Məmmədov, Bəhram Şükürov və Salman Babayev intizam məsuliyyətinə cəlb edilməklə onların vəzifədə aşağı salınması barədə qərar qəbul olunmuş, həmin məhkəmənin hakimi Allahverən Həsənova, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovaya və Nizami rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilmişdir...”.
Sonradan həmin Salman Babayev Gəncəyə iqtisad məhkəməsinə hakim göndərildi. Barəsində yüzlərlə şikayət olan hakim hələ bir yeni vəzifəyə də göndərilir. Ta pensiyaya çıxana kimi, korrupsiya yolu ilə qazandıqlarını nəvələrinə rahat xərcləməsi üçün... Yüzlərlə insan isə onun qanunsuz qərarları ilə zəlilliyini ömrünün axırına kimi davam etdirəcək. Yaxşı, bunu Məhkəmə Hüquq Şurası götürür, bir söz demirik, bəs göydə Allah niyə götürür???

Geri qayıt