Əsas Səhifə > Hadisə, Manşet > Şəkiyə Azərbaycan dövlətinin qanunları hələ yetişməyib?

Şəkiyə Azərbaycan dövlətinin qanunları hələ yetişməyib?


1-09-2015, 10:28
Şəkiyə Azərbaycan dövlətinin qanunları hələ yetişməyib?
“Şəki - Bazar” ASC vergidən yayınır. TİA.AZ-a bu haqda verilən məlumatda deyilir ki, bazarın səhminin 85 %-i İsmayıl Hidayətzadə Timurçinoviçə aiddir. Səhmdarların verdiyi xəbərə görə, onlar dividentdən məhrum olunub, İ.Hidayətzadənin üzünü isə görmək mümkün deyil.

Onlar bildirirlər ki, bazardan gündəlik toplanılan faktiki gəlir vergidən gizlədilir. Vergi Nazirliyinə bu haqda məlumat verilib. Bildirilib ki, “Şəki- Bazar” ASC-nin qanunsuz əməllərinə göz yumulur.
Bu bazar daim qalmaqallarla gündəmdə olub. Daha əvvəlki sədri Ürfət İbrahimov həbs olunub.
Şəki şəhər icra hakimiyyətinin keçmiş başçısı olmuş Nazim İbrahimovun qardaşı Ürfət İbrahimov 43 nəfərin pulunu alaraq mənimsəmədə, eyni zamanda külli miqdarda vergidən yayınmada ittiham olunub. Qeyd edək ki, Ürfət İbrahimov 2001-2010-cu illərdə "Şəki-Bazar" ASC-nin İdarə Heyətinin sədri olub. Müraciətdə bildirilir ki, Ü.İbrahimov 2009-cu ildə özünə yaxın adamların vasitəsi ilə şəhərdə şayiə yayıb ki, guya tezliklə Şəkinin hazırkı əsas bazarı söküləcək. Ona görə də Salman Mumtaz küçəsində 1800 nəfərlik bazar tikdirməyə başlayıb. Bu zaman hazırkı bazarda işləyənlərdən yeni obyektin tikintisi üçün pul ödəmələrini tələb edib.

Geri qayıt