Əsas Səhifə > Hadisə, Manşet > “Zaferoğlu Inşaat“ vergidən necə yayınır?

“Zaferoğlu Inşaat“ vergidən necə yayınır?


31-08-2015, 11:44
“Zaferoğlu Inşaat“ vergidən necə yayınır?
Son illər ölkəmizdə fəaliyyət göstərən çoxlu sayda şirkətlərin dövlət vergisindən yayınmaları ilə bağlı mətbuatda silsilə məlumatlar gedir. Dövlətin vergi sisteminə nəzarət edən Vergilər Nazirliyidə son aylar vergidən yayınan şirkətlərə qarşı cidd şəkildə mübarizə aparır.
Ancaq aparılan mübarizələrin hələdə bu problemin aradan qalxmasına o qədər də köməyi dəymir. Nəticə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən şirkətlər yenə də vergidən yayınmaqla dövlətdən külli miqdarda vəsaitlər gizlədirlər. Gizlədilən vergi isə əsasən regional vergi idarə rəisləri, yaxud vergilər nazirliyinin yüksək rütbəli şəxsləri ilə əlbir olaraq həyata keçirildiyi deyilir.
Gunxeber.com-un elektron poçtuna daxil məlumata görə vergidən yayınna şirkətlərdən biri də təmir, tikinti və dizayn işləri ilə məşğul olan tanınmış “Zaferoğlu İnşaat” şirkətidir. Adı çəkilən şirkətin ölkəmizdə, Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər ölkələrdə təmir, tikinti, dizayn işləri ilə məşğuldur. Məlumatda qeyd olunur ki, “Zaferoğlu İnşaat” şirkəti paytaxt Bakıda yeni və köhnə mənzillərin təmiri işlərində ilk yeri tutan şirkətlərdən biridir. Şirkət hər il təkcə paytxat Bakıda bir neçə milyonluq iş həyata keçirir.
Məlumatda bildirilir ki, “Zaferoğlu İnşaat”ın rəhbərliyi görülən işlərin bir hissəsini sənədləşdirilmədən həyata keçirməklə vergidən yayınır. Belə ki, şirkət əsasən yeni binalarda evlərin təmir edilməsi işlərində maliyyə müqaviləsini bir neçə dəfə azaldaraq sənədləşdirir. Ancaq bir çox müqavilələr var ki, şirkət dəyəri yüzmin manatlarla ölçülən işlərə görə vergi vermir.
Mənbə yazır ki, “Zaferoğlu İnşaat”ın prezidenti Zəfər Məmmədov əlaqələrindən istifadə edərək vergi işçilərinə “hörmət” etməklə problemini çözür. Zəfər Məmmədov dəfələrlə yaxın ətrafındakı şəxslərə açıq-aşkar deyib ki, “vergidən narahat olmayın, hamı necə, bizdə o cür hesabımızı verib işimizi görürük”.
Göndərilən məlumatda qeyd olunur ki, bir neçə ay öncə paytaxt sakinlərindən biri şirkəti məhkəməyə verib. Hazırda həmin məhkəmə prosesi davam edir. Şirkət vətəndaşın evinin təmiri zamanı vergidən yayınıb. Son 6 ayda şirkətin paytaxtda həyata keçirtdiyi 50 yaxın təmir işinin çox hissəsi məhz Zəfər Məmmədov tərəfindən vergi orqanlarından gizlədilib.
Qeyd edək ki, redaksiyamıza şirkəti məhkəməyə verən vətəndaşın adı və soyadı məlumdur. AzFakt.com olaraq məhkəməyə müraciət edən vətəndaşla əlaqə yaradıb “Zaferoğlu İnşaat” şirkəti ilə bağlı şikayətini dinləməyə və oxucularımıza çatdırmağa çalışacağıq. Bizi izləməyə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Geri qayıt