Əsas Səhifə > Hadisə, Manşet > “Burada prezident yemək yeyib” deyərək vətəndaşları rəsmən talayırlar...
“Burada prezident yemək yeyib” deyərək vətəndaşları rəsmən talayırlar...25-08-2015, 10:33 |
DİA.AZ: - Təbiətin gözəl mənzərəsndə yerləşərək ilk baxışdan zövqü oxşayan bu “İstirahət mərkəzi”nin pərdəarxası baş verənlər həqiqətən insanın canını bir müddət “rahatlayır”. Ölkə başçısının bu restoranda olmasını, buranı bəyənməsini əllərində şüar edərək müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi çəkinmədən istədikləri kimi hərəkət edirlər. DİA.AZ bildirir ki, restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin vermədin masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan xoş görsənir. Verdiyin sifariş birə beş hesaba vurularaq London restoranı qiymətinə yazılır bixəbər müştərinin ayağına. Hələ bəzən restoranın mərkəzində bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək burada Kəmaləddin Heydərov oturur deyə fəxr ilə restoranlarının “tas”ını qldırmağa çalışırlar. Ən maraqlı məqamlardan biri də odur ki, sifarişini verdin-vermədin sənə “yüklənən” “şotun” 10%-ni əlavə olaraq ofisantın xidmət haqqı adı ilə səndən alırlar. Qeyd edim ki, xidmət göstərən ofisantın bildirdiyinə görə ona bu 10%-dən qəpik-quruş çatır. Bu xidmət haqqı isə nəinki Bakının mərkəzindəki, heç İstanbul restoranlarda belə yoxdur. Bəs görəsən bu gəliri barəsində müştərilərə heç bir qəbz filan verməyən restoran sahibi dövlətə nə qədər vergi ödəyir? Yəqin ki, gəlirinin 2%-ni? Çox güman ki, bu da elə bir ciddi məbləğ deyil?! Bəs hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisanta xidmət haqqı kimi tutan restoran görəsən bu ofisantlar ilə əmək müqaviləsi bağlayıbmı? Bu artıq müvafiq qurumların işidir. Beləcə Qəblələ Xanlar turistlər və milli qonaqlar üzərində öz xanlığını edir. Hə halda, - nədən Azərbaycana turistlər maraq göstərmir – deyə çölə-düzə düşməyə ehtiyac yoxdur. Geri qayıt |