Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümovun Şəkidəki adamı problemi həll etməkdənsə 1-ci qrup əlili hədələyir
Səlim Müslümovun Şəkidəki adamı problemi həll etməkdənsə 1-ci qrup əlili hədələyir13-08-2015, 11:24 |
DİA.AZ: - Bir neçə gün əvvəl bir şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Deyilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Şəki rayon şöbəsi birinci qrup gözdən əlil şəxsdən qazanıb ailəsini dolandırmasını istəyib. Bu barədə Şəki rayon Baş Göynük kənd sakini, 1-ci qrup gözdən əlili Rafiq Məmmədov yazıb: "Mən, Vəliyev Rafiq Məmməd oğlu Şəki rayonun Baş Göynük kənd sakiniyəm. 49 yaşım var. 5 mart 2009-cu ildən Şəki 19 N-li Zona TSEK 8/94 saylı müayinə əktına əsasən gözümün torlu qişasının qopması diaqnozu ilə I dərəcəli əllil olmuşam. Kənar qulluğa ehtiyacım olduğu üçün həyat yoldaşım daim məşğuldur. Öhdəmdə iki azyaşlı uşaq var ki. onlardan 2003-cü ildə anadan olan Əmrah da 2-ci qrup əlildir. Şəxsi avtomobilim, mobil telefonum, mal-qaram yoxdur. Evimdən 14 km uzaqlıqda yerləşən 0,98 ha torpaq sahəsində isə faktiki işləyə bilmirəm.Ümumiyyətlə, işləyə bilmirəm. Ailəmin dolanışığı dözülməzdir. 2013-cu ilin noyabrından 1 il müddətinə sosial müavinət verdilər. Sosial Təminat Nazirliyinin Şəki üzrə müdiri Elçin müəllim məni çox süründürdükdən sonra dedi ki, sənin torpağın olduğuna görə sosial müavinət verə bilmərik. Get işlə, qazan ailənə bax! Axı mən 1-ci qrup əlil olduğuma görə necə torpağımı əkib-becərə bilərəm? Həyat yoldaşım da yalnız mənim və 2-ci qrup olan 11 yaşlı oğlum Əmrahın qulluğunda durur. Mən çox kasıbam. Həqiqətən ailəmin yaşaması üçün yavan çörəyə ehtiyacımız var. Eyni zamanda haqqı olduğum müavinəti almaq üçün kiməsə verməyə pulum da yoxdur. Odur ki, Sizdən xahiş edirəm, real vəziyyətimi nəzərə alaraq ailəmə ünvanlı sosial müavinətin verilməsi üçün yardım edəsiniz." Bu gün isə DİA.AZ-a təkrar müraciət edən Şəki sakini nəinki problemininin həll olunmadığını, hətta hədələndiyini belə iddia edir. Narazı vətəndaş dia-az.site-a yazır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki Şöbəsinin sədri Elçin müəllim mənim ünvanlı sosial müavinət məsləsilə bağlı "yuxarı" orqanlara göndərdiyim şikayətlərə görə məni dəvət edərək otağında söhbət etmişdir. O, qabaqdangəlmişlik edərək mənə "niyə məni təhqir etmisən" sualı verdi. Mən də onu başa salmağa çalışdım ki, mən Sizin mənə verdiyiniz cavabı olduğu kimi şikayət ərizəmdə qeyd etmişəm. Siz o zaman mənə cavab verdiniz ki, ailənizin balansında 0,98 ha torpaq sahəsi var. Get işlə ailəni dolandır Sənə sosial müavinət düşmür" Mən də qeyd etmişdim ki, 1-ci qrup gözdən əliləm. Həyat yoldaşım mənə və evdə olan 11 yaşlı 2-ci qrup oğlum Əmraha qulluq etməklə məşğuldur. Digər oğlum da 13 yaşlıdır orta məktəbdə oxuyur, işləyə bilmir. Axı siz mənə 2013-cü ildə 1 il müddətuinə bu vəziyyətimə görə ünvanlı sosial yardım etmisiniz. Müdir Elçin bu dəfə də mənə əvvəlki dediyi sözləri təkrar etdi ki, sənin ailənin üstündə torpaq olduğuna görə sizə ünvanlı sosial yardım edə bilmərik. Vəssalam. hara istəyirsən şikayət et. Mən yenə ali təhsilli müdir Elçin müəllimi başa sala bilmədim ki, mən görə bilmədiyimə görə 1-ci qrup əlil olmuşam işləyə bilmirəm. Torpaqda işləyə bilmirəmsə necə onu əkib-becərim? Axı əlillik üzrə dövlət aktında qeyd olunub ki, mənim 1-ci qrup əlil kimi kənar qulluğa ehtiyacım var. Çox təəssüflər olsun ki, mən bütün sənədlərimi nazir Səlim Müslümova göndərsəm də nəticə bu oldu ki, mənim məsləmə çox etinasız yanaşdılar. Səlim müəllimdən heç gözləməzdim ki, Şəkiyə təyin etdiyi savadsız müdiri mən orta məktəbi birtəhər bitirən adam başa sala bilmədim. Azərbaycan qanunvericiliyi daxilində mənim indiki vəziyyətimdə nəyə görə sosial müavinətin verilməməsinin səbəbinin yazılı formada izah olunmasını nazir S.Müslümovdan xahiş edirəm. Bu sahədə məmur özbaşnalığından çəkdiyim əziyyətə görə isə mən Cənab Prezidentdən və Xanım E.Süleymanovadan hüquqlarımın qorunmasına yardım etmələrini xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |