Əsas Səhifə > Hadisə, Manşet > Mikayıl Cabbarov bu maxinasiyalardan xəbərdar deyilmi?
Mikayıl Cabbarov bu maxinasiyalardan xəbərdar deyilmi?12-08-2015, 10:51 |
DİA.AZ: - Masall rayonunda korrupsiya və qanunsuzluqlar haqda mətbuat dəfələrlə yazıb. Amma indiyədək ictimailəşdirdiyimiz faktlar rayonun rəhbərliyi, aidiyyatı dövlət orqanları, idarə və müəssisələri tərəfindən nə təsdiq, nə də təkzib olunub. Necə deyərlər, dəyirman bildiyini edir... Adı çəkilən rayonun təhsil müəssisəsi haqda DİA.AZ-a daha bir maraqlı məumat daxil olub. Yerli mənbədən sızan məlumata görə, Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov rayon maliyyə idarəsinin rəisi Azər Zeynalovla (bu cütlük həm də bacanaqdırlar) əlbir şəkildə rayonun büdcəsi üzərində əsl talan siyasətini həyata keçirir. Buna misal olaraq yeni dərs ilində məktəblər üçün təkcə təbaşirin satın alınmasından ötrü “Dalğa-AA” MMC-yə 31 min mant vəsait ötürülməsidir. İlk baxışda bu məbləğ adama çox görünmür. Özü də söhbət rayonun 63-ü orta, 32-si ümumi, 4-ü ibtidai olan 99 ümumtəhsil məktəbinin, 3 məktəbdənkənar təhsil müəssisəsinin, təxminən 27 min nəfər şagirdin 1 il üçün bu məhsula olan təlabatının ödənilməsindən gedirsə. Amma biləndə ki, həmin vəsaitə uyğun mal 50 ton edir və onu 5 “Kamaz”a yükləmək olar, bu qədər təbaşirin Masallı məktəbləri üçün alınması təəccüb doğurur. Axı bu, az qala ölkənin bütöv təhsil siteminə bəs edər. Üstəlik məktəblərin əksriyyəti yeniləndiyindən, kompüterləşdirildiyindən, təhsildə yeni yanaşma və texnoloji vasitələr tətbiq edildiyindən, təbaşirdən hazırkı vaxtda bir o qədər də istifadə olunmur. Amma görünür təbaşiri (əslində onun pulunu) əvvəlcə kağız üzərində, sonra isə lövhədə silməyin asan olduğunu bilən bacanaqlar “ağ mal”a olan sevgilərini gizlədə bilməyiblər. Geri qayıt |