Əsas Səhifə > Hadisə, Manşet > Qərib Məmmədovun keçmiş işçisindən ilginc iddialar

Qərib Məmmədovun keçmiş işçisindən ilginc iddialar


8-08-2015, 12:22
Qərib Məmmədovun keçmiş işçisindən ilginc iddialar
Ötən saylarımızda Bakı şəhəri, Xətai rayonu general Mehmandarov küçəsi ev 22 a, mənzil 31-də yaşayan 25 ildir 2-ci qrup ömürlük Çernobıl əlili, şəkərli diabet xəstəsi olan prezident təqaüdçüsü Zeynalov Eldar Əşrəf oğlunun şikayətini dərc etmişdik. O 17 il çalışdığı Dövlət Yerquruluşu Layihə İnstitutundan heç bir səbəb olmadan çıxarıldığını bildirmiş, eyni zamanda keçmiş Dövlət və Torpaq Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı bəzi maraqlı faktları açıqlamışdı.

"2015-ci ilin yanvar ayında institutun direktoru Füzuli Cəfərov heç kimin xəbəri olmadan gizli şəkildə Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədov tərəfindən işdən çıxarıldı. Televiziya vasitəsilə elan edildi ki, bu komitə prezidentin fərmanı ilə ləğv olundu. Maraqlıdır ki, komitə ləğv edilən gündən bir gün sonra Qərib Məmmədov Xudaverdi Kərimov adlı bir şəxsi instituta direktor təyin etdi. Fikir verin, özü işdən çıxarılmış bir şəxs kimisə işə təyin edir. Xudaverdi Kərimov əvvəllər Salyan rayonunda torpaq şöbəsində işləyirdi. Amma onun müdir kimi vəzifəsi təsdiq edilməmişdi. Onun bu posta təyinatı hamını təəccübləndirdi. Bu təyinat tam qanunsuz idi. Qərib Məmmədov prezident tərəfindən ləğv edilmiş komitənin institutuna necə direktor təyin edə bilərdi?", deyə şikayətçi vurğulamışdı. Eldar Zeynalov deyir ki, o dövlət qulluqçusu statusunda deyil, təsərrüfat hesablı institutda işləyib: "Bu məsələni sübut etmək üçün institutun əsasnaməsi tələb edilməlidir.

Qərib Məmmədovun keçmiş işçisindən ilginc iddialar

"Gündəlik Bakı" bildirir ki, digər tərəfdən, institutun direktoru bir neçə əməkdaşı məcburi surətdə işdən azad etməklə bağlı ərizə yazmağı tələb etdi. Bunu məndən də istədi, amma imtina etdim. Məhz bu səbəbdən qərəzli və qanunsuz olaraq məni işdən azad etdilər. Dövlət Yerquruluşu Layihə İnstitutu ilə mənim aramda bağlanmış əmək müqaviləsi müddətsiz olub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1 bəndində göstərilir - Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Həmin məcəllənin 2-ci bəndində göstərilir ki, əmək müqaviləsində onun hansı müddətdə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məcəllənin 3 bəndində isə qeyd olunur ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru müddətsiz əmək müqaviləsini müddətli edib əmək müqaviləsini ləğv etdi. Göründüyü kimi, direktor Əmək Məcəlləsinin 3 bəndinin tələblərini kobud şəkildə pozaraq qanunun tələblərini ayaq altına atıb. Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək müqaviləsini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü bəndinə əsasən müqaviləsinə xitam verilməsi barədə işəgötürən əmri (sərəncam, qərarı) onun tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələri) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru tərəfindən imzalanmış, lakin institutun möhürü ilə təsdiq edilməmişdir. Yəni əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunun tələblərinə riayət olunmayıb. İnstitut rəhbərliyi mənimlə bağlanmış əmək müqaviləsinə xitam verərkən mənə işdən çıxdığım gün 2014-cü il mart ayı üzrə əmək haqqım (əvvəlki aylar da daxil olmaqla), əlavə əmək haqqım (təqdim olunmuş naryad üzrə pul vəsaiti), habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyasını ödəməyib. Bundan əlavə, institut əmək kitabçasının verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydaların pozuntusuna yol verib. Cavabdeh tərəfindən əmək kitabçası sonuncu iş günü təqdim olunmamış əmək kitabçası yalnız 27 gün sonra poçt vasitəsilə göndərilmişdir".

Şikayətçi deyir ki, Çernobıl faciəsində zabit kimi qərargah rəisi vəzifəsində işləyərkən köçürmə zonasında 45 gün qalmış, 59 nəfər zabit heyətini və sayı-hesabı bilinməyən mülki şəxslərin həyatını xilas edib: " 25 ildir ki, ömürlük II qrup Çernobıl əliliyəm, şəkərli diabetdən əziyyət çəkirəm. Hörmətli prezident fərdi xidmətimi qiymətləndirərək mənə təqaüd təyin edib. 09.09.2008-ci ildən göstərilən hallarda Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə əsasən mənimlə bağlanmış əmək müqaviləsinin həmin məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların ləğv edilməsini qadağan edir. Hazırda Dövlət Yerquruluşu Layihə İnstitutu "Kadastr Yerquruluşu Layihə Mərkəzi" MMC adlanır. Süleyman Məmmədov və Namiq Zeynalov adlı şəxslər müqavilə ilə işləyib. 2015-ci il iyun ayının 16-dan işə yenidən qəbul ediliblər. Ayda 400 manat maaş alırlar. 20 gün Şəki rayonuna ezamiyyətə göndəriliblər. Hər günə görə onlara 200 manat ezamiyyət pulu yazılıb. Hər ikisi 1947-ci il təvəllüdlüdür. İmamqulu Ağaquliyev adlı işçi isə 1948-ci il təvəllüdlüdür. Onun nə işlərlə məşğul olduğunu hamı yaxşı bilir. Bu barədə danışmağa dəyməz. O vaxtilə Xalq Cəbhəsi Partiyasının üzvü olub. Sonra isə Ədalət Partiyasına keçib. Ən axırda isə YAP-a üzv olub".

Geri qayıt