Əsas Səhifə > Hadisə, Manşet > Texnologiya Universitetində nə baş verir?

Texnologiya Universitetində nə baş verir?


3-08-2015, 10:13
Texnologiya Universitetində nə baş verir?
Hələ bir müddət əvvəl belə bir xəbər yayıldı ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanov ölkədən qaçıb. Onun qaçma səbəbi kimi isə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi göstərilirdi.

JAM.AZ xəbər verir ki, əslində, bu məlumat məqsədli şəkildə dövriyyəyə buraxılıb. Akif Süleymanov isə hazırda ölkədədir və məzuniyyətə çıxıb. Saytın iddiasına görə, işin ilginc tərəfi var və ortada ciddi maliyyə qalmaqalından söhbət gedir.

Məlumata görə, Gəncənin icra başçısı Elmar Vəliyev rektor Akif Süleymanovdan ayda 100 min manat pul tələb edib. Hətta buna görə, onu təhdid etdiyinə dair söz-söhbətlər də dolaşır. Süleymanov da icra başçısını sakitləşdirmək üçün bir sıra qanunsuzluğa gedərək, həmin pulu verib. Lain bir müddət sonra Təhsil Nazirliyi universitetdə yoxlama aparıb və dəhşətli korrupsiya faktları aşkarlayıb. Durumun ağır olduğunu görən rektor da vəziyyətdən çıxmaq üçün nazirliyə izahat verib ki, onu bu qanunsuzluğa icra başçısı Elmar Vəliyev vadar edib və pul istədiyi üçün belə bir addım atıb.

İddia edilir ki, Vəliyev söhbətdən xəbər tutduqdan sonra Akif Süleymanovu təhdid etməklə yanaşı, həm də ona dəstək verməyib. «Üstəlik, yeyinti məsələsini gündəmə gətirərək, rektoru çətin vəziyyətdə qoyub. Bundan əlavə, yaxın adamları vasitəsi ilə mətbuata informasiya ötürüb ki, guya, Akif Süleymanov yeyintiyə yol verdiyi üçün ölkədən qaçıb».

Məsələni dəqiqləşdirməyə çalışırıq. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt