Əsas Səhifə > Hadisə, Manşet > Qəbələdə insident: Türkiyəli fəhlələrlə yerli fəhlələr arasında toqquşma...

Qəbələdə insident: Türkiyəli fəhlələrlə yerli fəhlələr arasında toqquşma...


30-07-2015, 10:19
Qəbələdə insident: Türkiyəli fəhlələrlə yerli fəhlələr arasında toqquşma...
Teref. infonun Qəbələdən aldığı məlumatı oxucuların nəzərinə çatdırmaq istəyirik. Onuda bildirmək istəyirik ki, araşdırmamız davam edir və bu davanın mənbəyində bir çox provakator qüvvələrin dayandığı haqqında siqnallar almışıq və heç nə əslində göründüyü kimi olmadığını bizə çatdırıblar.

Bu gün Qəbələdə tikilməkdə olan “Gabala Spa and Channot Hotel” kompleksində çalışan Azərbaycanlı işçilərlə Türkiyədən gəlmiş işçilər arasında ciddi qarşıdurma baş vermişdir. .Bu kompleksi “İlk İnşaat” adlanan Türkiyə şirkəti tikir.

Hadisə iştirakçıları və şahidlərinin dediklərinə görə ilk olaraq Türkiyəli işçilər bir nəfər Azərbaycanlı işçini təhqir etmiş və döymüşlər.Hadisədən təxminən iki saat keçdikdən sonra 500-ə yaxın Azərbaycanlı işçi əllərində armatur və dəyənəklər də olmaqla həmin Türkiyəli işçilərə hücum etmişlər.Hücuma məruz qalanlar dəmir konteynerlərdən birində gizlənmişlər.Gözü qızmış Azərbaycanlı işçilər əllərindəki dəmirlərlə konteynerə ciddi xəsar vermişlər.Hadisə yerinə sayları 24 nəfərə çatan polis işçiləri cəlb edilmişdir.Bir nəfər Azərbaycanlı işçinin xəsarət aldığı bildirilir (ilk qarşıdurmada)

Hadisə iştirakçıları deyirlər ki, guya Türkiyəli işçilər Azərbaycan xalqını,millətini,ölkəsini ağır sözlərlə söymüşlər.Amma bu söyüşü heç kim birbaşa eşitməmişdir-hamı soruşanda “elə deyirlər” deyə cavab verir. İşin içində ciddi provokasiya olduğu açıqca görünür.

Onu da deyək ki, analoji hadisə bir neçə ay öncə “İlk İnşaat”ın Bakıdakı tikinti obyektində də baş vermişdi.Orada da Türkiyəli işçilərin guya Azərbaycan Xalqına qarşı nalayiq sözlər dediyi idddia edilirdi. Görünən odur ki, “İlk İnşaat” da biriləri Türkiyə ilə Azərbaycan xalqları arasında ciddi nifaq salmağa çalışır.
Araşdırmamız davam edir.

Geri qayıt