Əsas Səhifə > Hadisə, Manşet > Bakı Dərin Özüllər Zavodunun rəhbərliyinə qarşı korrupsiya ittihamı
Bakı Dərin Özüllər Zavodunun rəhbərliyinə qarşı korrupsiya ittihamı27-07-2015, 10:27 |
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda çalışan Arif Cavadov burada dəhşətli korrupsiya hallarının baş verdiyini iddia edib. JAM.AZ-a göndərdiyi məktubunda iddiaçı bildirib ki, bununla bağlı 18 aydır rəsmi qurumlara yazılı şəkildə müraciət etsə də, heç bir tədbir görülmür. O bildirir ki, zavodun rəhbərliyi gizli anbarlar yaradıb və oraya müəssisənin balansında olan mal və məhsulları yığır. «Zavodun vəzifəli işçisi gizli anbar yaradaraq, oraya oğurluq mal və materiallar yığır. Halbuki bu anbarlarda gizlədilən materiallar dəfələrlə sifariş edilib və istifadə olunub. Əslində isə həmin prosesdən külli miqdarda qazanc əldə edilib. Misal üçün, 50 tonluq körpülü kran 3 gün saxlanıldıqdan sonra detal yoxdur deyə, həmin günlər ərzində sifariş yazılıb. Bu məqsədlə pul ayrılıb və həmin gizli anbardakı detallardan istifadə edilərək, pullar mənimsənilib». Arif Cavadov məktubunda toplam 2 milyon manatlıq mal və materialın bu şəkildə gizlədildiyi və sonradan satışa çıxarıldığını iddia edir. «Bu cür ciddi fakt ortada varkən kimsə bu işlərlə məşğul olanlara «gözün üstə qaşın var» demir. Bu dövlət əmlakını talayanlara himayədarlıqdır, ya yox?» Dərin Özüllər Zavodunun işçisi bildirir ki, bu məsələ ilə balı hələ ötən ilin 24 yanvarında Azər adlı menecerlə söhbəti olub. «Ona bildirdim ki, baş verənlərlə bağlı prezidentə şikayət edəcəm. Cavbı bu oldu ki, gücüm çatmayacaq və istədiyim şəxsə də şikayət yaza bilərəm. Bəs, bu necə, prezidentə hörmətsizlikdir, ya yox?» Yazıda qeyd olunan müəssisənin mövqeyini də dərc etməyə hazırıq. Geri qayıt |