Əsas Səhifə > Hadisə, Manşet > Qazaxda həkim naşılığı bir xəstəni ömürlük iflic etdi

Qazaxda həkim naşılığı bir xəstəni ömürlük iflic etdi


18-07-2015, 15:45
Qazaxda həkim naşılığı bir xəstəni ömürlük iflic etdi
DİA.AZ: - Qazax Müalicə Diaqnostika Mərkəzində sınma zamanı ayağına bərkidilmiş tibbi dəmir materialın çıxarılması üçün diaqnostika mərkəzinə müraciət edən rayon sakini Səhrəd Nağdalıyev ciddi xəsarətlə üzləşib. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, keyləşdirmək üçün xəstənin bel nahiyəsindən iynə vuran həkim – anestezoloq Aynur Vəliyevanın təcrübəsizliyi Səhrəd Nağalıyevi iflic edib. Hazırda Gürcüstanda müalicə olunan Nağdalıyevin bel hissəsindən aşağı orqanları işləmir. Ay yarımdan çoxdur həkimlərin nəzarəti altında olan xəstədə heç bir irəliləyiş hiss olunmur. Yaşı 50-dən yuxarı olan Nağdalıyevin ümidi Allaha qalıb.

Xatırladırıq ki, mənbənin verdiyi məlumata görə, bu heç də Qazax Müalicə Diaqnostika Mərkəzində işləyən həkim-anestozoloq Aynur Vəliyevanın birinci işi deyil. Hələlik, məlumata görə Nağdalıyevdən əvvəl 2 nəfər Qazax sakinini də şikəst edib. İşə baxın ki, onun haqqında tədbir görülmür...

DİA.AZ bildirir ki, Qazaxda səhiyyə sistemində belə hallara tez-tez təsadüf edilir. Nədənsə rayonda savadsız həkimlərə yaxşı da şərait yaradılır. Sanki bu da qəsd kimi bir şeydir. Adını səriştəsiz həkim kimi qeyd etdiyimiz Aynur Vəliyeva “yaxşı həkim” olduğu üçün ona hər cür şərait yaradılıb. Öyrəndik ki, həmin qadın 1 ştat diaqnostika mərkəzində, 0,5 ştat isə Qazaxda yerləşən 113 saylı Yol-Qəza Xidmətində həkim işləyir. Diqqət edin, ayda 700 manata qədər əmək haqqı alan belə bir həkimin insanları “ağlar “ qoymağa mənəvi haqqı varmı? Və yaxud, Aynura şərait yaradanların başına belə bir oyun gəlsə idi, onlar üzünü Allaha tutub nə deyərdilər?

İlham Hacalı – DİA.AZ

Geri qayıt