Əsas Səhifə > Hadisə, Manşet > İbrahimov qardaşlarının qürubu üfüqdədir...
İbrahimov qardaşlarının qürubu üfüqdədir...1-07-2015, 10:36 |
Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov yaxın vaxtlarda tutduğu vəzifədən azad ediləcək. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, artıq "yuxarılar"da onunla bağlı konkret qərar verilib. "Təsadüfi deyil ki, Nazim İbrahimovun mərhum qaynı Məzahir Cəfərovun yasına ən xırda məmur belə gəlməyib. Bu onunla bağlı artıq qərar verildiyinin hakimiyyət daxilində heç kimə sirr olmaması ilə bağlıdır. Yəni, artıq Nazim İbrahimov indidən sabiq hesab edilir və məmurlar qələmi qırılmış komitə sədrinin yanında görünmək istəmirlər",- deyə məlumatı verən mənbə bildirib. Mənbə əlavə edib ki, mümkündür ki, Nazim İbrahimov "vurulandan" sonra əmlakının bölüşdürülməsi prosesinə başlansın. Komitə sədrinin hədəfə gəlməsinin bir səbəbi qardaşı, "Avesta Konserni"nin rəhbəri Hacı İbrahim Nehrəmlinin "kredit qalmaqalı"dırsa, digər səbəbi özünün yarıtmaz fəaliyyətilə bağlıdır. Məlumatda deyilir ki, iqtidar ideoloqları Avropa Oyunları zamanı xarici mediada hakimiyyət barədə dərc edilən tənqidi materiallar həm də diaspor işinin yaxşı qurulmaması ilə izah edir və buna görə də Nazim İbrahimov suçlu bilinir. Geri qayıt |