Əsas Səhifə > Hadisə, Manşet > Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun rəhbəri ittiham olunur
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun rəhbəri ittiham olunur22-06-2015, 10:48 |
Qafqaz Xəbər Agentliyi olaraq ötən sayımızda dərc etdiyimiz “Fərhad Təhməzovun biznesmen qardaşları” başlıqlı yazıda Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda baş verən qanunsuzluqlardan bəhs edirdik. Daha dəqiq desək, məqalədə Fondun keçmiş sədri, millət vəkili Ayaz Orucovun yerinə təyin olunan Fərhad Təhməzovun işdə heç bir müsbət dəyişikliyə nail olmaması xüsusi qeyd olunurdu. Yeni sədrin təyinatından 2 il keçsə də heç nə dəyişməyib. Əksinə dövlətin ayırdığı milyonlarla vəsait Fərhad Təhməzovun əli ilə şəxsi ciblərə axır. Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükündürsə, “çirkli pulları” qardaşlarının vasitəsilə “təmizləyir”. Beləki qardaşların biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyətini davam etdirir. Bu gün redaksiyamıza daxil olan məlumatda qardaşlardan birinin – Qoşqar Təhməzovun idarə etdiyi klinikadan bəhs edilir. Məlumatda bildirilir ki, Xətai rayonu 17 c, 1188 ci məhəllədə yerləşən Medeks hospitalın əsl sahibi Fərhad Təhməzovdur. Ancaq klinikaya onun qardaşı Qoşqar Təhməzov nəzarət edir. Fərhad Təhməzovun digər qardaşı Ataş Təhməzovun tikinti layihələri ilə bağlı isə gələn yazımızda bəhs edəcəyik. Geri qayıt |