Əsas Səhifə > Hadisə, Manşet > Ziya Məmmədova yaxın oliqarxın da maliyyə xəyanətində adı hallandı...

Ziya Məmmədova yaxın oliqarxın da maliyyə xəyanətində adı hallandı...


14-05-2015, 10:04
Ziya Məmmədova yaxın oliqarxın da maliyyə xəyanətində adı hallandı...
Artıq bir neçə gündür «maliyyə xəyanəti» kimi təqdim olunan bank maxinasiyası məsələsi daha böyük miqyası əhatə etməyə başlayıb. İndiyə qədər Beynəlxalq Bank vasitəsi ilə maxinasiyalar etməkdə ittiham olunanların sayının 72 nəfər olduğu vurğulanır. Amma bu sayın daha da artdığı qeyd edilir.

JAM.AZ xəbər verir ki, yeni adlar sırasında olduqca maraqlı bir fiqur da var. Məlumatlarda qeyd edilir ki, tanınmış iş adamlarından biri hesab olunan və bir çox iri layihələrdə adı keçən Qulu Ələkbərovun da «maliyyə xəyanəti»ndə ittiham olunur. İddia edilir ki, əsasən tikinti və yol çəkilişləri işlərində iştirak etmiş Ələkbərov da Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək, sonradan ödəmə həyata keçirməyib.

Məlumatda vurğulanır ki, sözügedən şəxs hazırda Azərbaycanda deyil və həbslərdən az əvvəl ölkəni tərk edib. Amma onun qaçıb, qaçmadığı barədə dəqiq bir fikir mövcud deyil.

JAAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Qulu Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun əsas adamlarından biri hesab olunur. Onun nazirin kurasiyasında olan rayonlarda yol çəkilişləri və tikinti işləri apardığı da verilən məlumatlar sırasındadır.

Bundan əlavə, Ələkbərovun qardaşı Mərdan Ələkbərov isə Goranboy rayon Yol İstismarı İdarəsinin rəis müavini postunda çalışır. Bu şəxsin bir sıra maddələrlə 13 il həbsdə yatdığı da qeyd edilir. Həmçinin Goranboyun icra başçısının belə onun sözündən çıxmadığı deyilir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt