Əsas Səhifə > Hadisə, Manşet > “Azərsu” prezidenti barədə ilginc iddia

“Azərsu” prezidenti barədə ilginc iddia


13-05-2015, 10:04
“Azərsu” prezidenti barədə ilginc iddia
Son günlər “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla bağlı müxtəlif iddialar irəli sürülür. Bu barədə az sonra. Hələlik bir maraqlı məlumat barədə. “Azərsu” ASC-də çalışan məsul işçilərdən biri “Təzadlar”a müraciət edərək dövlətimizin iqtisadi maraqlarına xidmət edən olduqca maraqlı bir məlumatı bizimlə bölüşdü.
Adının çəkilməsini istəməyən “Azərsu” əməkdaşı redaksiyaya göndərdiyi məktubunda yazır: “Hörmətli “Təzadlar”! Salam, mən “Azərsu” ASC-də çalışıram, xahiş edirəm, məxfiliyimi təmin edəsiniz. Sizə dövlətimizin iqtisadi maraqları naminə bir ciddi məsələ barədə məlumat vermək istəyirəm. Söhbət Qorxmaz Hüseynovla nəqliyyat nazirinin müavini Musa Pənahovun şərikliyindən gedir. Belə ki, bu yaxınlarda Asiya İnkişaf bankının ölkəmizdə həyata keçirdiy layihələrlə bağlı kredit ayırdığı milyonlara bu iki şəxs şərik oldu... Həmin layihələr bu iki şəxsin inhisarına daxil olur. Artıq öz aralarında razılığa da gəliblər. Hətta yaxın günlərdə bunun üçün Musa Pənahovun oğlu Fuad Pənahov Qorxmaz Huseynovun qəbulunda olub razılaşmanı gerçəkləşdirəcək. Çünki bütün layihə işlərini Musa Pənahovun oğlunun rəhbəri olduğu və təsis etdiyi “Qlobal-A” şirkəti həyata keçirəcək. Sonra sənədləşdirmə başlayacaq. Avropa oyunları dövründə və bu oyunlaradək bu layihələrə başlanılmayacaq deyə, artıq Asiya İnkişaf Bankının ayırdığı milyonlar bu iki məmur arasında rahatca həllini tapacaq, xərclənmə istiqamətləri müəyyənləşdiriləcək. Onu da deyim ki, Musa Pənahov Qorxmaz Hüseynovla bütün detalları razılaşdırıb. Və yuxarılarda da bilirlər ki, “Qlobal-A” şirkəti onun oğlunundur. Əgər bu məlumatları dərc etsəniz, sonradan sizə daha ətraflı məlumatlar verəcəyəm. Biləsiniz ki, Asiya İnkişaf Bankı “Azərsu” ASC vasitəsilə ölkəmizdə 11 rayonda Beynəlxalq Layihələri maliyyələşdirir. Və bu sərmayənin məbləği 180 milyon dollar təşkil edir. Qeyd etdiyim kimi, bu layihələrin icrası Qorxmaz Huseynova məxsus və qudası tərəfindən idarə olunan “Hidroinşaat” şirkəti və Musa Pənahovun oğlu Fuad Pənahova məxsus “Qlobal-A””Group tərəfindən həyata keçirilməsini də razılaşdırıblar. Həmin layihələrdən bir neçəsinin necə həyata keçirilməsində mütəxəssis kimi iştirakçıyam, sənədlərə baxanda adam havalanmaq istəyir.
Hələlik bu məlumatları dərc etməyiniz yetər. Əlavə məlumat göndərəcəyəm”.
“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt