Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyin icra başçısından narazılıq var...
Gədəbəyin icra başçısından narazılıq var...24-04-2015, 11:57 |
Redaksiyamıza rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun zülmündən cana doymuş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı tərəfindən yazılmış və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya ünvanlanmış xahişnamə daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik: “Çox hörmətli Mehriban xanım! Mən bu xahişnaməni demək olar ki, bütün dövlət orqanlarına yazmışam. Mən yenə də təkrarən sizə müraciət etmək məcburiyyətindəyəm. Sizdən dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Artıq dözə bilmirəm, necə deyərlər bıçaq sümüyə dirənən yeridir. Mən artıq bu məhrumiyyətlərə tab gətirə bilmirəm. 8 nəfər ailə üzvümüz ümidini sizə bağlayıb. Sizdən çox artıq dərəcədə xahiş edirəm ki, bizim işimizi yerli hakimiyyətin ümidinə buraxmayın. Özünüz bu işlə məşğul olasınız və ədaləti yerinə bərpa etdirəsiniz. Mənim 66 yaşım var, mümkünsə məni bir ana kimi qəbul edəsiniz və mənimlə bir övladın anasına yanaşdığı kimi yanaşasınız. Çox xahiş edirəm, ümidim göydə Allaha yerdə sizədir. Mən çox çətin vəziyyətdəyəm. Gündüzləri Allah günəş işiğı ilə bütün bütün cahanı işiqlandırır. Gecələri isə bizim evimizi öz ədalətinizlə işiqlandırın. Böyük ümidlərlə gözləyirik”. Geri qayıt |