Əsas Səhifə > Hadisə, Manşet > Saatlıda icra hakimiyyətinin qulağının dibində camaatı qarət edənlər peyda olub

Saatlıda icra hakimiyyətinin qulağının dibində camaatı qarət edənlər peyda olub


22-04-2015, 13:01
Saatlıda icra hakimiyyətinin qulağının dibində camaatı qarət edənlər peyda olub
DİA.AZ: - Son illər ölkədə aparılan vergi islahatları və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vergidənyayınma hallarının qarşısı alınıb. Ancaq bəzi məmurlar hələ də tamahlarını saxlaya bilmir, adət elədkləri rüşvət vərdişindən əl çəkmir və bir sıra müəssisələrin sahiblərindən müəyyən məbləğdə pul almaları hesabına onların vergidən yayınmalarına şərait yaradırlar. Belələrindən biri də kimlərinsə himayəsi altında 8 aydır ki, fəaliyyət göstərən “Saatlı-Lambard”dır. Fəaliyyətə başladığı müddətdən bu günə qədər vergi orqanlarına hesabat verməyən, dövlətə indiyə qədər bir manat da olsun vergi ödəməyən “Saatlı-Lambard”a himayədarlıq edən kimdir?

DİA.AZ xəbər verir ki, hər ay 15-20 min manat kredit paylayan “Saatlı-Lambard”ın işçilərinin kim olduğunu da bilən yoxdur. Lambarda himayədarlıq edən kimdirsə, hətta, 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin işçiləri də burada müqaviləsiz işləyənləri də “görmür. Yəqin ki, görürlər. Şünki hamıya bəllidir ki, əmək müfəttişlinin işçilərinin gözündən milçək də yayına bilməz. Ancaq 8 aydır ki, Lambarda müqaviləsiz işləyənləri “görmürlər.” Bunun da səbəbi məlumdur.

Rayonun mərkəzində, Saatlı Rayon İcra Hakimiyyətinin və Maliyyə İdarəsinin bir addımlığında yerləşən, 8 aydır ki, 35 faizlə kredit paylayan bu obyektin vergidən yayaınmasını bu vaxta qədər kimsənin biməməsi və ya görməməsi çox təəccüblüdür. Bu müəssisə vətəndaşlara krediti əmək haqqı və pensiya kartlarını girov götürməklə verir. Üstəlik kredit verdiyi şəxslərdən yüksək məbləğdə xidmət haqqı da alınır. Ancaq buna baxmayaraq, yenə də dövlətə vergi ödənilmir.

Hazırda Vergilər Nazirliyinin əməkdaşları bütün ticarət və ictimai iaşə obyektlərində, habelə digər müəssisələrdə vergi ödənilməsinə ciddi nəzarət edirlər. Ancaq nədənsə, bütün bunlar “Saatlı-Lambard”dan yan keçir. Maraqlıdır, görəsən “Saatlı-Lombard” ın sahibi kimdir ki, 8 aydır Vergilər Departentinin ərazi idarəsi bu müəssisəyə himayədarlıq edir?

Bizdə olan məlumata görə “Saatlı-Lambard”a Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev himayədarlıq edir. Görəsən başçının birinci müavini nə tez yadından çıxarıb ki, ölkə Prezidenti vergidənyayınma hallarına, işçilərin müqaviləsiz işlədilməsinə son qoyulması barədə ciddi tapşırıq verib. Məgər Prezidentin tapşırıqlarının vəzifəli şəxslərə və ya Saatlı rayonuna aidiyyatı yoxdurmu?

İlham Süleymanov
Saatlı rayonu – DİA.AZ


Geri qayıt