Əsas Səhifə > Hadisə, Manşet > Şirvanlıları şoka salacaq video görüntülər

Şirvanlıları şoka salacaq video görüntülər


13-03-2015, 11:10
Şirvanlıları şoka salacaq video görüntülər
Bir neçə gün bundan öncə Xalqxeber.Az saytında “Şirvanda su qətliamı” adlı material dərc olunmuşdu. Həmin yazı ilə əlaqədar jurnalist araşdırması aparıb növbəti yazımızı, hörmətli oxucularımızın ixtiyarına buraxırıq. Bu materialımızda da, içdiyimiz suyun nə dərəcədə təhlükəsiz olub-olmamasını araşdırmağa çalışmışıq..
Kür suyunun içməyə qətiyyən yararsız olması faktını, güman edirik ki , obrazlı bir şəkildə qəbul edərək bu məsələnin nə dərəcədə aktual olmağını dərk edirsiniz.
Şirvan “Sukanal” İdarəsinin əhaliyə verdiyi içməli suyun çirkli olması faktı real olaraq ortada olsa da, ümumilikdə əlaqədar qurumlar bunu inkar edir və bu sahədəki vəziyyəti normal hesab edirlər. Lakin, müstəqil eskpertlər bununla razılaşmayaraq, məhz bu problemin ciddi olduğunu bildirirək əhalini Kür suyundan kankret olaraq imtina etməyə çağırırlar.. Kür çayında ekoloji durum həqiqətən də, tam böhranlı vəziyyətdədir. Araz çayı ilə daha da çirklənməyə məruz qoyulan Kürdə artıq canlı-ların yaşaması üçün heç bir imkan qalmayıb. Kür suyu tək biz Şirvanlılar üçün deyil, həm də ölkənin buradan işçməli su götürən digər şəhərləri üçün potensial təhlükə mənbəyidir!! Məhz bu suyu qəbul etdiyimiz baxımından hər gün yeni-yeni xəstəliklər və o cümlədən ən ağır fəsad olan ölüm halları ilə qarşılaşırıq. Adətən kişilərin qadınlara nisbətən suya daha çox tələbatlarının olduğundan, yəni kişilərin maye qismində suyu çox qəbul etmələri faktı, sonda elə onların qəfil ölüm faktlarının sayının artması ilə müşayiət olunur..Bəli, məhz bunun nəticəsində dir ki, Azərbaycanda kişilər arasında 50 yaşdan sonra ölüm hallarının sayı durmadan artır.. Bunu öz statistik göstəricilərində qeyd edən Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2000-ci ildə ölkədə 50-54 yaşlı 1208 kişi dünyasını dəyişdiyi halda, 2012-ci ildə bu rəqəm 2508, 2013-cü ildə 2524 olub.!! Həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun mətbuatımıza verdiyi açıqlamalarına görə, içməli su kimi istifadə olunan Kür suyunun ağır metallarla, kimyəvi tullantılarla çirkləndirilməsi üzrə göstəricilər sayı durma-dan artmağa başlayıb:-Suyun mikrobiologiyası üzrə tanınmış mütəхəssis, AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun sözlərinə görə isə, ifrat çirkli su insanları böyük və qarşısıalımaz qlobal fəlakətlərə sürükləyir:
“Kür suyundan qana daхil olan çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir- genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müхtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıхarır”. Bütün bunlara rəğmən, Azərbaycan Radiasıya Problemləri İnstitutu Milli Elmlər Akademiyasına MƏXFİ müraciət hazırlayır. İnstitutunun direktoru Adil Qəribov yaxın vaxtlarda içməli su ilə bağlı AMEA Rəyasət Heyətinə məxfi müraciətlərin olacağını qeyd edib. O, araşdırmalar zamanı Azərbaycanın bəzi rayon-larında şüalanmanın 100-150 mikrorentgen saata çatması faktlarının aşkarlandığını da açıqlayıb: "Biz bu materialları yaxın günlərdə müvafiq dövlət qurumlarına təqdim edəcəyik. Biz indi bunu ictimaiyyətə açıqlasaq, hansı vəziyyət yaranacaq?"
Bu sahədə kankret fikir söyləyən qurumlar içərisində Səhiyyə Nazirliyi də, ölkədə xərçəng xəstəliyinin sayının çoxaldığı barədə açıqlamalar yayaraq içməli su hesab olunan Kür suyunun tam yararsız vəziyyətdə olmasını vurğulayaraq və eyni zamanda bu səbəbdən içməli suların tərkibi dəqiq yoxlanmalı və müvafiq tədbirlərin görülməsinin önəmini xüsusi ilə qeyd edir..
Həmçinin olaraq “Azərsu” bildirir ki, əhaliyə təklif olunan su хlorun köməyi ilə emal edilir və bu zaman suyun tərkibində olan mikroblar ölür: “Хlorun təsiri ilə suda olan bakteriyaların hüceyrə maddələri oksidləşir, müхtəlif virus və zooplanktonlar məhv olur. Suyun хlorla emalından sonra o, içməyə yararlı olur”.
Belə absurd bir fikir söyləyən quruma belə bir sualla müraciət edirik; bəs Kür suyunun tərkibində normadan qat-qat artıq olan neft məhsulları, radioaktiv nuklidlər, kimyəvi qarışıqlar, ağır metallar necə təmizlənir? Məgər 30-40 ildən qalmış köhnə “sovetski” filtrlər bunun öhdəsindən gələ bilərmi? Bu, praktiki olaraq heç müasir filtrlərin köməyi ilə də mumkun deyil. Axı mövcud sutəmizləyici qurğular suyu yalnız meхaniki qarışıqlardan təmizləmək üçün yarayır, bu qurğular zəhərli Kür suyunun molekulyar tərkibini tam təmizləmək qüdrətində deyil.!!!
Ən azından bunu nəzərimizdən qaçırtmamalıyıq ki, Bu səbəbdən də hazırda Kür çayının suyunda radioaktiv nuklidlərin, müхtəlif kimyəvi birləşmələrin (fenol, benzol, toluol, qatı sulfat turşusu və s.), ağır metalların və neft məhsullarının buraхıla bilən konsentrasiyası Sanitariya Norma və Qaydaları ilə limitləşdirilən maksimal həddən yüz dəfələrlə yüksəkdir! Bu isə kankret olaraq SOS Həyəcan təbilinin çalınması deməkdir!!!
Biz sonda yenə,bütün bunlara cavabdehlik daşıyan tərəf olaraq Şirvan “Sukanal” idarəsinin müdiri Bakıxan Əhədovun məsuliyyətsizliyini və eyni zamanda bütöv şəhər sakinləri üçün real təhlükə törədilməsinə zəmin yaradan bu insanı günhalandırırıq.. Çünki, tabeliyində onlarla işçi heyəti, laboratoriya qurğuları olduğu halda , niyə bu boyda “cidanı çuvalda gizlədir”?? Ona bu ixtiyarı kim verib?? Bütün günü işçilərini əhalinin “qanını sormağa” yönəldən Bakıxan kimilərin cəzası, tək hüquq-mühafizə orqanları qarşısında deyil, uca allah qarşısındada böyük günah sahibidir..Fikri-zikri ancaq maddiyat, sərvət toplamaqdan ibarət olan bu insan, görəsən Xalq Xeber redaksiyasının öz maliyyəsi hesabına belə bir ciddi araşdırma aparmasl faktı qarşısında aciz qallrmı!!?? Çətin ki! Əgər onun zərrə qədər məsuliyyəti olsaydı, bütün bunların müqabilində bizim ona zəng etdiyimiz təqdirdə telefonumuzu açaraq bizə, ŞİRVANLILARA cavab verərdi!!!
Biz sonda yenə də, sizin nəzərinizə tutarlı arqumentdən ibarət olan videoçarx da nümayiş etdiririk.. Güman edirik ki, bu video görüntüləri gördükdən sonra, həqiqətən də məsələnin nə dərəcədə ciddi olması sizin nəzər-nöqtənizə bir daha yönələcəkdir...




Geri qayıt