Əsas Səhifə > Hadisə, Manşet > Milli Məclisini yeni heyətində iki tanınmış iqtisadçı təmsil oluna bilər

Milli Məclisini yeni heyətində iki tanınmış iqtisadçı təmsil oluna bilər


10-03-2015, 11:01
Milli Məclisini yeni heyətində iki tanınmış iqtisadçı təmsil oluna bilər
DİA.AZ: - Qarşıdan gələn parlament seçkilərilə əlaqədar iki nüfuzlu şəxs qərarını açıqlayıb. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib.

Məlumatı verən mənbə iddia edir ki, onlardan biri - hazırda ekspert kimi fəaliyyət göstərən keçmiş maliyyə naziri - “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdur.

dia-az.site-a daxil olan məlumatda bildirilir ki, Fikrət Yusifov Bakıdakı seçki dairələrinin birindən deputatlığa namizəd olacaq.

Eyni zamanda keçmiş millət vəkili, yenə də iqtisadçı kimi fəaliyyət göstərən Nazim Məmmədovun da təkrarən mandat sahibi olma şanslarının yüksək olduğunu söyləyən məlumatlı mənbə dia-az.site-a açıqlamasında bildirib ki, əvvəllər Gədəbəydən deputat olan Nazim Məmmədov da bu dəfə Bakıdakı seçki dairələrindən birinin mandatını qazanma şansına malikdir.

Hər iki fiqura yuxarı instansiyaların münasibətlərinin sıcaq olduğu da aldığımız xəbərdə xüsusi olaraq vurğulanır.

Geri qayıt