Əsas Səhifə > Hadisə > Səudiyyəli yeniyetmə İŞİD-in "beyin yuma" metodundan danışdı

Səudiyyəli yeniyetmə İŞİD-in "beyin yuma" metodundan danışdı


18-02-2015, 09:42
Səudiyyəli yeniyetmə İŞİD-in "beyin yuma" metodundan danışdı
İslamazeri.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, 13 yaşlı səudiyyəli Xalid adlı yeniyetmə İŞİD terrorçularına necə qoşulduğunu və yeniyetmələrin “beynini necə yuyulduğu” barədə danışıb. Fransalı jurnalist Kristof Boltanskiy Türkiyədə səudiyyəli yeniyetmə Xaliddən müsahibə alıb. Xalid İŞİD-ə necə qoşulduğunu danışıb. Ailəsinin onun Suriyada qalması üçün və Türkiyəyə qaçmaması üçün əlindən gələni etdiyini bildirib. 13 yaşlı yaşlı yeniyetmə İŞİD cərgələrinə 2014-cü ildə 14 yaşlı əmisi oğlü ilə birlikdə qoşulub. Qorxu hissi ilə dolan yeniyetmələri “Xilafət” nümayəndəsi Əbu Əl-Xeyr Əl-İraqi qəbul edib. Bundan sonra öz “xidmətlərini” təklif edib. Yeniyetmə bildirib ki, İŞİD terorçularının işğalında olan ərazilərdə bütün məktəblər bağlanılıb. Kimya, fizika, riyaziyyat, ictimai elmlər, idman və fəlsəfə fənləri qadağan edilib. Uşaqlar üçün nəzərdə tutulan bütün telekanallar qadağan edilib. Guya ki, “şagirlərə” “islam” haqqında tərbiyə verəcək telekanal açılmalı idi. Terrorçuların özünə xüsusi cəzavermə dəstələri mövcuddur. Onlar mobil telefonlara nəzarət edir, siqaret çəkənləri cəzalandırır. Hər hansı bir xətaya görə, insanları 4 həftəyə kimi həbs edirlər. Qadınlara yalnız niqabda gəzməyə imkan verilir. Paltarlar mütləq İŞİD tərəfindən təyin edilən dükanlaran alınmalıdır. Özünü “şəriət qoruyucuları” adlandıran dəstənin içərisində Tunis vətəndaşları çoxluq təşkil edir. Onlar qadın, uşaq və qoca demədən onların qanunlarını pozanları amansızcasına döyərək cəzalandırırlar. Jurnalist bildirib ki, Xalid kimi 300 yeniyetməni səhraya təlim mərkəzi adlanan yerə aparırlar. Onlar orada fransız terrorçu Əbu Musaab Əl-Fransinin rəhbərliyi altında fiziki hərbi təlim keçiblər. Düşərgədə Tunisdən olan terrorçu Əbu Həsən yeniyetmələrə ekstremist ideoloji təbliğatla məşğul olur. İraqlı terrorçu Əbu İbrahim Əl-İraqi isə yeniyetmələrə silahdan istifadə etmə qaydalarını, partlayıcıların quraşdırılmasını və partlayıcı maddələrlə işləməyi öyrədib. İki il təlimdən sonra Xalid və yaşıdlarını İŞİD Rəqqa yaxınlığında olan Tarif məntəqəsinə döyüşə göndərir. Döyüş təcrübəsi olmayan uşaqlar nizamsız atəş açaraq döyüşlərə girir və ilk döyüşlərdəcə həlak olurdular. Xalidin sözlərinə görə, o, kiminlə döyüşdüyünü heç bilmirdi. Sonradan məlum olur ki, onlar digər terrorçu təşkilat olan “Əhrarur Əş-Şam” adlı dəstə ilə döyüşüblər. Qeyed edək ki, səudiyyəli yeniyetmə sonradan Türkiyəyə qaçmağa nail olub.

Geri qayıt