Əsas Səhifə > Hadisə, Manşet > Nizami İsgəndərova məxsus “Nabran Holiday Village" yeni mövsümə hazırlaşır

Nizami İsgəndərova məxsus “Nabran Holiday Village" yeni mövsümə hazırlaşır


13-02-2015, 10:52
Nizami İsgəndərova məxsus “Nabran Holiday Village" yeni mövsümə hazırlaşır
Verilən məlumata görə, 2013-cü ildə 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan "Nabran Holiday Village"in adı dəyişdirilərək "CTF" şirkəti tərəfindən yenidən fəaliyyətini bərpa edib.

Və hal-hazırda Milli Məclisin sabiq deputatı Nizami İsgəndərova məxsus "Nabran Holiday Village" istirahət mərkəzini başqa ad altında fəaliyyət göstərir. Hətta mərkəz yeidən təmir edilərək daha da böyüdülüb. Halbuki bu mərkəzdə 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşərək bir ayağı kəsilmişdi. Həmin dövrdə Prezident İlham Əliyevin göstərişi ilə balaca İmran təcili müalicə olunmaq üçün Almaniyaya göndərildi. Baş Prokurorluq isə "Nabran Holiday Village"in qapadılması və qapılarının möhürlənməsi barədə qərar çıxardı. Eyni zamanda səhlənkarlığa yol verən istirahət mərkəzinin 3 əməkdaşı həbs olundu. Hətta hadisədən sonra bir neçə dəfə istintaqa çağrılan sabiq deputatın həbsi reallaşmaq üzrə ikən hansısa sehrli əllər bunun qarşısını aldı. Bunun əvəzində isə əlaqədar qurumlar bəzi tədbirlər həyata keçirdi. İlk iş kimi Mədəniyyət və Turizm Nazirliyi istirahət mərkəzinin lisenziyasını ləğv etdi. Və dediyim kimi mərkəzin icarədarı da olmaqla 3 nəfər həbsə alındı. Amma gördüyünüz kimi, birbaşa prezidentin nəzarətində olan bir iş sonradan hansı istiqamətə yönləndirildi. Cəza əvəzinə mərkəzin yenidən fəaliyyətinə qərar verildi. İndi belə çıxır ki, "Nabran Holiday Village"də baş verənlər başqa istirahət mərkəzləri üçün də sosial presedent rolunu oynaya bilər. Çünki azyaşlı uşağın bədbəxtliyinin əsas səbəbkarı olan bu istirahət mərkəzinin rəhbərliyi qanun qarşısında cavab verməli, Nizami İskəndərov bu cür hallara şəxsən aydınlıq gətirməliydi. Təəssüf ki, gözləntilər bunun əksinin baş verdiyini ortaya qoyur. Sabiq deputatın bu əyləncə-istirahət kompleksini bərpa etməsi onu göstərir ki, hadisənin əsl günahkarlarının ört-basdır edilməsi, habelə digər xoşagəlməz hallar mövcuddur. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Nizami İsgəndərov bu planlarını həyata keçirmək üçün bəzi məmurlarla danışıqlar aparıb. Və nəticə onun ürəyincə olub. Halbuki hadisə baş verən vaxt mərkəz icraata götürən tərəfdən idarə olunsa da, birbaşa Nizami İsgəndərovun fəaliyyəti olub. Belə ki, uşağın ayağının itirilməsinə səbəb olan qurğu Nizami İsgəndərovun tapşırığı ilə orada quraşdırılıb. Yəni qurğu onun obyekt sahibi kimi razılığına əsasən orada quraşdırılıb. Buna görə də qurğunun bu və ya digər tələblərə cavab verməməsinə görə, obyekt sahibi bilavasitə məsuliyyət daşıyır. Nizami İsgəndərov qanunvericiliyin tələblərinə cavab verən obyekti icarəyə verməli idi. Bu baxımdan iş adamı özbaşına tikinti işləri aparma maddəsi ilə istintaqa cəlb olunmalıymış. Bu halda onu iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza gözləyirdi. Amma İsgəndərov bütün bunlardan yayına bilib. Hətta Nizami İsgəndərov mətbuatın gündəmindən yayınmaq, ictimai qınağa gəlməmək üçün hiyləyə əl ataraq istirahət mərkəzinin satıldığını da bəyan etmişdi. Məlumatda bildirilirdi ki, Nabranda yerləşən və azyaşlı oğlanın ayaqlarını itirməsi ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Nabran Holiday Village" istirahət mərkəzi satışa çıxarılıb. 3.5 hektar sahəsi olan istirahət mərkəzi bütün əşyaları və qurğuları ilə birgə satılır. Mərkəzdə 23 ədəd 3 otaqlı, 10 ədəd 2 otaqlı kottec var. Kotteclərin hər birinin san/qovşağı, istilik sistemi, kondisoner var. Bundan başqa, mərkəzdə böyük və uşaq ücün baseyn, akvapark, yay qış restoranı, futbol, voleybol meydançası, avtodayanacaq və s. var.

Amma verilən son məlumatlar göstərir ki, bu, Nizami İsgəndərovun vəziyyətdən çıxmaq üçün ortaya atdığı bir oyundur. Əslində, istirahət mərkəzi yenidən qurularaq, təmir edilir və yeni mövsümə hazırlaşır.

Yeri gəlmişkən, mətbuat Nizami İsgəndərovun atası Zaman İsgəndərovun vaxtilə Sumqayıt Univermağını özəlləşdirməsində etdiyi qanunsuzluqları dəfələrlə vurğuladı. Yadınızdadırsa, univermağın səhmdarları onların necə aldadıldığı barədə ölkə rəhbərliyinə, parlamentə, habelə hüquq-mühafizə orqanlarına şikayət etmişdilər. \\ GünBakı \\

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt