Əsas Səhifə > Hadisə, Manşet > Abbas Abbasovla bağlı prezidentə Rusiyadan müraciət olundu

Abbas Abbasovla bağlı prezidentə Rusiyadan müraciət olundu


12-02-2015, 11:00
Abbas Abbasovla bağlı prezidentə Rusiyadan müraciət olundu
DİA.AZ: - Rusiyada yaşayan soydaşlarımız prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, son zamanlar Rusiyada yaşayan azərbaycanlılar arasında yeni ixtilafların salınması soydaşlarımızı ciddi şəkildə narahat edir.

Müraciətdə deyilir: «Cənab prezident İlham Əliyev! Bu gün Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirdiyi bir vaxtda Abbas Abbasov və onun kimiləri açıq təxribatçılıqla məşğuldurlar.

Belə ki, davamlı şəkildə Abbas Abbasovun adamları ayrı-ayrı azərbaycanlı tanınmışlara yaxınlaşaraq, onlarla birgə olmağa çağırışlar edirlər və bildirirlər ki, əgər belə olmayacaqsa, həmin soydaşlarımıza Rusiyanın dövlət qurumları tərəfindən problemlər yaradılacaq.

Biz də Rusiyada yaşayan azərbaycanlılar hər zaman Sizi dəstəkləmişik və Azərbaycanımıza bağlı olan adamlarıq. Yaxşı başa düşürük ki, Abbas Abbasov bu gün düzgün yolda deyil və onunla bir sırada dayanmaq vətənə xəyanətə bərabərdir».

Daha sonra müraciət müəllifləri dia-az.site-a yazırlar:

«Amma buna baxmayaraq biz Abbas Abbasovun gücündən də ehtiyatlanmırıq. Və bildiririk ki, hər zaman olduğu kimi, yenə də Sizin yanınızda, Sizin yolunuzdayıq. Bu gün günü-gündən inkişaf edən Azərbaycan-Rusiya münasibətləri bizim ürəyimizcədir və biz Azərbaycanımızın əsas problemi olan Qarabağ uğrunda savaşa hər cür dəstək olmağa hazır olduğumuzu da bəyan edirik.

Sizin Ali Baş Komandan kimi əmr edəcəyiniz gün biz bir əsgər kimi millətimizin, dövlətimizin yanında olacağıq».

Qeyd edək ki, bu müraciəti Rusiyada yaşayan və çalışan 142 sahibkar imzalayıb.

Geri qayıt