Əsas Səhifə > Hadisə, Manşet > Nehrəmlinin qoca imperiyasının qürubu yaxınlaşır - İbrahimov qardaşları «səhnəni» tərk edə bilər
Nehrəmlinin qoca imperiyasının qürubu yaxınlaşır - İbrahimov qardaşları «səhnəni» tərk edə bilər9-02-2015, 11:02 |
DİA.AZ: - Azərbaycanda regionun ən böyük layihəsinin icraçısı kimi tanınan «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin neft böhranından ciddi zərər gördüyü faktdır. Doğrudur, konsern prezidenti davamlı şəkildə mətbuatda əks rəyi yaratmağa çalışır və yüz milyonlara ehtiyacının olduğunu təbliğata xərclədiyi on minlərin hesabına ört-basdır etməyə çalışır. DİA.AZ-ın əldə etdiyi son məlumatlar da Hacı İbrahim Nehrəmilinin çətin vəziyyətə düşməsindən və bunu gizlətməyə çalışmasından xəbər verir. Bilgili qaynağın dia-az.site-a söylədikləri: «Keçən dəfə dia-az.site portalında «Xəzər Adaları»nda işin dayanması xəbəri ilə bağlı böyük narahatçılıq keçirdilər. Mətbuatda yazılmışdı ki, işçilərin əməkhaqqıları da verilmir. Bunun əksini sübut etmək üçün özlərinə yaxın olan bir-iki jurnalistə yenə də «əziyyət verdilər». Amma fakt faktlığında qalır. Doğrudur, tələsik şəkildə işçilərin maaşları ödəndi. Amma bu gün adaların inşaatı rəsmən dayanıb və işçilərə boş-boşuna maaş yazılır». Mənbə iddia edir ki, vəziyyət bu şəkildə davam edə bilməz: «Təbii ki, ixtisarlar olacaq. Amma bu qərar Hacı İbrahim Nehrəmli və qardaşı Nazim İbrahimovla bağlı da siyasi qərarın verilməsilə müşaiyət olucanaq. Elə buna görə də konsern prezidenti vəziyyətdən çıxa bilməsi üçün böyük təşvişlə yollar axtarmaqdadır». dia-az.site bildirir ki, qiyməti 104 milyard dollar miqdarında ölçülən «Xəzər Adaları» layihəsi əslində İbrahimov qardaşları üçün siyasi və iqtisadi karyeralarını qoruya bilmələri üçün bir vasitədir. İndi isə aydın olur ki, artıq bu vasitə onların əllərindən çıxmaq üzərədir. Bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |