Əsas Səhifə > Hadisə, Manşet > "İnstal-Servis" MMC Qubadlı icra hakimiyyətinin 400 min manatlıq abadlıq işlərinin harada və necə həyata keçirə bilib?

"İnstal-Servis" MMC Qubadlı icra hakimiyyətinin 400 min manatlıq abadlıq işlərinin harada və necə həyata keçirə bilib?


17-01-2015, 12:15
"İnstal-Servis" MMC Qubadlı icra hakimiyyətinin 400 min manatlıq abadlıq işlərinin harada və necə həyata keçirə bilib?
Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması, satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsi, satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması kimi mühüm məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərildiyi kimi, satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurunu keçirir. Tender təkliflərinin qalibi olmaq üçün qanunla müəyyən olunmuş tələblər var. Bu tələblər sırasında satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması kimi amillər əsas yer tutur. Lakin bu amillər Tərtər Rayon İcra Hakimiyyətinin gerçəkləşdirdiyi 2013-cü ilin sosial-inkişaf layihələrində demək olar ki, müşahidə edilmədi. Rayon icra aparatı rəhbərliyinin xətti ilə Tərtər şəhərində yolların təmiri üçün ayrılmış 510 min, şəhərdə kommunal yaşayış binalarında əsaslı təmir işlərinnə ayrılmış 150 min, Tərtər şəhərində abadlıq və əsaslı təmir işlərinin aparılmasına görə nəzərdə tutulmuş 500 min manatlıq layihələrin, habelə Cəlilabadda gerçəkləşdirilməli olan təmir və abadlıq işlərinə görə ümumi dəyəri 500 min manatdan artıq 2 layihənin, Bərdə şəhərində küçələrin işıqlandırılmasına görə ayrılmış 150 min manatlıq layihənin "İnstal-Servis" MMC-yə tapşırılmasında müəmmalar görünür. 2012-ci ildə təsis edilmiş, hüquqi ünvanı ilə Maştağa qəsəbəsindəki bağ evlərindən birinə sığınmış "İnstal-Servis"ə 2013-cü ildə təmir-tikinti, abadlaşdırma, yol tikintisi və digər spesifik sahələrdə belə göydəndüşmə pullu şansların peşkəşində müəyyən maraqların gizlənmədiyinə özümüzü inandırmaq istərdik. Eyni vəziyyət 2014-cü ildə davam edib. Yardımlı rayon icra hakimiyyətinin 5 milyon manatlıq smeta dəyəri olan yeni inzibati binasının tikintisini İnstal-Servisə kim həvalə edib? Apardığımız müşahidələrə görə təkcə 2014-cü ildə "İnstal-Servis" MMC ümumi dəyəri 10 milyon manatadək olan 20-dən atrıq layihəni gerçəkləşdirməklə məşğul olub. Həmin layihələrin bir qismi bu il ərzində də davam etdirilməkdədir. Maraqlıdır, görəsən şirkət bu işləri hansı işçi qüvvəsi hesabına həyata keçirə bilib? Əlaqədar qurum rəhbərləri üçün sualın cavabını tapmaq çətin deyil. Bunun üçün bizcə "İnstal-Servis" MMC-nin müvafiq maliyyə-təsərrüfat hesabatlarına nəzər salmaq kifayət edər. Əldə etdiyimiz məlumata görə şirkət bir sıra dövlət qurumlarında etibarlı dayaqlara malikdir. Bu isə neçə-neçə çoxmilyonluq layihələrin əldə edilməsini təmin edib. Şirkət Bakıdan əlavə Saatlı,Oğuz, Astara, Şəki, Şamaxı, Qazax, Gəncədə müxtəlif təyinatlı layihələri həyata keçirib. Heç kəs maraqlanmayıb ki, şirkətin bu layihələri gerçəkləşdirmək gücü var, ya yoxdur. Təkcə Qubadlı rayon icra hakimiyyətinin abadlıq işləri layihəsinin gerçəkləşməsi hesabına "İnstal-Servis" MMC 400.000 manatadək vəsait əldə edib. Bu abadlıq işlərinin coğrafiyasını yəqin ki, Qubadlı RİH aparatının rəhbərliyi daha yaxşı bilər. Odur ki, tender müsabiqələrinə cavabdeh olan şəxslərin məsuliyyəti artırılmalı və layihələrin smatası hesablanarkən israfçılığa son qoyulmalıdır.
\\ gundelik-baku.com \\
Geri qayıt