Əsas Səhifə > Hadisə, Manşet > Ölkənin ən iri benzin satıcısı nədən açıq şəkildə vergidən yayınır? ARDNŞ şefi Fazil Məmmədovu saya salmır?

Ölkənin ən iri benzin satıcısı nədən açıq şəkildə vergidən yayınır? ARDNŞ şefi Fazil Məmmədovu saya salmır?


13-01-2015, 11:43
Ölkənin ən iri benzin satıcısı nədən açıq şəkildə vergidən yayınır? ARDNŞ şefi Fazil Məmmədovu saya salmır?
DİA.AZ: - Benzinin qiymətinin qalxması əslində oliqarxların marağına xidmət edir. Bu, bir faktdır. Çünki bu gün Azərbaycanda benzin satışı ayrı-ayrı məmurların özəl biznesinə çevrilib. Yəni qazananı da onlardır. Məsələn, bu gün ARDNŞ şefi Rövnəq Abdullayev SOCAR yanacaq doldurma məntəqələri (YDM) şəbəkəsini nəzarətində saxlayır.

Qeyd edək ki, “YDM oliqarxları”na kifayət qədər sərvəstlik tanınıb. Onlar hətta Vergilər Nazirliyini belə gərəkən anda “nəzərə almırlar. Bu sırada isə ilk yeri elə SOCAR YDM-ləri tutur.

Bunun sübutu üçün DİA.AZ əməkdaşları SOCAR-da qısa bir reyd də keçirib. Əməkdaşlarımızın ilk müçahidəsi bu olub: YDM-lərdə böyük sıxlıq müşahidə ediblər. Bu təkcı benzinin qiymətinin yenidən artması təhlükəsi ilə bağlı deyil. Hər zaman belə olur. Əməkdaşlarımızın bildirdiyinə görə, benzinin daha keyfiyyətli olması sürücülərin SOCAR-a cəlb olunması ilə nəticələnib. Necə ki, bir zamanlar «Azpetrol» Neft Şirkətinə aid YDM-lər sürücülər arasında populyar idi, indi eyni «hörmətli mövqe»ni SOCAR-ın YDM-ləri tutur.

Əməkdaşımız müşahidələri nəticəsində öyrənə bilib ki, şıdırğı alverinin getməsinə baxmayaraq SOCAR-ın YDM-lərində alqı-satqı prosesi rəsmiləşmir, yəni prses kassaya vurulmur. Hətta Bibiheybət məntəqəsində bu şirkətə aid olan YDM-də isə ümumiyyətlə kassalar yığışdırılıb.

Əməkdaşımız bir neçə sürücü ilə söhbət etdikdə öyrənə bilib ki, əvvəllər həmin YDM-də kassa aparatı olsa da, artıq 2-3 aydır ki, nə sürücülərə çek verən var, nə də kassadan istifadə edən.

Hər halda, belə bir özbaşınalığa yalnız kifayət qədər ciddi rıçaqlara malik məmurlardan birinə güvənən bir şirkət imza ata bilər. Bu «bespredel» hansısa arxasız sahibkarı aşan bir məsələdir…

Geri qayıt