Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Beyləqanın icra başçısının adına böyük yeyinti - Vaqif Abdullayev tenderin pullarını nəyə xərcləyib?

Beyləqanın icra başçısının adına böyük yeyinti - Vaqif Abdullayev tenderin pullarını nəyə xərcləyib?


30-12-2014, 11:08
Beyləqanın icra başçısının adına böyük yeyinti - Vaqif Abdullayev tenderin pullarını nəyə xərcləyib?
Beyləqanın icra başçısı Vaqif Abdullayev rayona ayrılmış milyonlarla manat vəsaiti təyinatı üzrə xərcləməməklə yanaşı, həm də onları şəxsi məqsədləri üçün istifadə edir. Bu iddianı irəli sürən rayon sahibkarlarıdır.

JAM.AZ-a danışan sahibkarlar bildirirlər ki, rayonun mərkəzi yollarına asfaltın çəkilməsi üçün dövlət başçısı tərəfindən ayrılmış 2 milyon manatın bir qəpiyi belə həmin ərazilərə sərf edilməyib. Elə bu səbəbdəndir ki, Beyləqanın mərkəzinə girmək hər oğulun işi sayılmır. Çünki hər yer qazılıb, yollar dağılıb. Vaqif Abdullayev isə camaatın rahat hərəkət etməsini yox, özünün komfortunu düşünərək, bu işlərin bir çoxuna qol qoymaqdan imtina edib.

JAM.AZ-a verilən məlumatda deyilir ki, lakin Abdullayev sonradan optimal yol tapıb. Məlum olub ki, Beyləqanın icra başçısı tenderin pullarını özünə götürərək, rayonda kosmetik işlərin həyata keçirilməsinin xərclərini yerli sahibkarlardan alır. İddia edilir ki, rayondakı bütün dükanların, yolların təmir edilməsi də məhz iş adamlarının üzərinə ağır yük kimi qoyulub. Hətta bəzi sahibkarlara 60 metr uzunluğunda yolun asfaltla örtülməsi tapşırılıb.

Qeyd edək ki, Beyləqan həssas yerdir və bu cür ağır işlərin baş verməsi gələcək üçün çox təhlükəli perspektiv vəd edir. Sahibkarlar da deyir ki, davamlı olaraq «yük» altında qalmaqdan beziblər və bu səbəbdən də etirazlara başlamaq fikrindədirlər.

Xatırladaq ki, Vaqif Abdullayevlə yerli sahibkarlar hələ xeyli əvvələdən mübahisəli durumlar yaşayırlar. Bunun əyani sübutlarından biri kimi Beyləqanın icra başçısının hələ bir müddət əvvəl yerli iş adamı ilə dalaşmasını göstərmək olar. Həmin vaxt sahibkarlardan biri rayon rəhbərinin başını yarmışdı.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt