Əsas Səhifə > Hadisə, Manşet > Qorxmaz Hüseynovun özünün evinə bir gün yox, bir saat su verilməsə, nə olar?

Qorxmaz Hüseynovun özünün evinə bir gün yox, bir saat su verilməsə, nə olar?


15-12-2014, 11:20
Qorxmaz Hüseynovun özünün evinə bir gün yox, bir saat su verilməsə, nə olar?
DİA.AZ: - «Bu gün Səbail rayonunun bir hissəsinin su təchizatı məhdudlaşdırılır». Bildirək ki, az əvvəl belə bir açıqlama ilə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi çıxış edib. Şöbədən verilən məlumata görə, Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəməyi də unutmayıb.

DİA.AZ bildirir ki, amma nədənsə «Azərsu» rəhbərliyi, yetkililəri dünən də eyni ərazidə suyun olmaması ilə bağlı heç bir açıqlama verməyiblər. Bunlar bir yana, dünən Bayıl sakinləri təkcə suyun verilməməsindən yox, həm də «Azərsu»nun «qaynar xətti»nin, habelə yerli nümayəndələrinin özbaşınalıqlarından da narazı qalıblar.

Belə ki, gün əriznəd, heç bir xəbərdarlıq edilmədən böyük bir ərazinin su təminatında yaranmış problemlə əlaqədar vətəndaş narahatçılığına «biz bilmirik nə vaxt su olacaq», «gedin hara istəyirsiniz şikayət edin» kimi cavablar verilib.

Dünən gecə saatlarında DİA.AZ-dan «Azərsu» mətbuat xidmətinə müraciət də olunub və verilən cavab bu olub ki, ««Dalğa» Plaza-dakı qəza ilə əlaqədar problem yaranıb və yalnız 1-2 saata problem həll olunur». Amma həmin «1-2 saat»ın üstündən 12 saat keçməsinə baxmayaraq, hələ də ərazinin içməli su ilə təminatındakı problem həll edilməyib.

Lakin yenə də «Azərsu» gec də olsa, əhalinin narahatçılığına reaksiya verdi. Amma yenə də xoş müjdə yox, suyun hələ bir gün də olmayacağını xəbərlədi.

Bunun isə sakinlərdə rəsmən qıcıq yaradacağı heç şübhəsizdir. Hər halda körpə uşaqlı ailələrin su olmadan hansı əziyyətlərə qatlaşdığını möhtərəm «Azərsu» şefi Qorxmaz Hüseynov cənabları bilməmiş deyil.

Geri qayıt