Əsas Səhifə > Hadisə, Manşet > İşçisi etdiyi qanunsuzluqları Səlim Müslümovun kölgəsi altında gizlədir...

İşçisi etdiyi qanunsuzluqları Səlim Müslümovun kölgəsi altında gizlədir...


9-12-2014, 12:02
İşçisi etdiyi qanunsuzluqları Səlim Müslümovun kölgəsi altında gizlədir...
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuatla münasibətləri normaldır. Bunu danmaq olmaz. Sabiq nazir Füzuli Ələkbərovdan fərqli olaraq Səlim müəllim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlarda mövcud olan problemlərlə bağlı müxtəlif KİV-lərdə gedən tənqidləri araşdırıb lazımi tədbirlər görür. Təsadüfi deyil ki, nazir dəyişəndən sonra bir neçə mərkəz direktoru və TSEK sədri tutduğu vəzifədən uzaqlaşdırılıb.

Həm də insaf naminə qeyd etmək lazımdır ki, Səlim Müslümov nazir vəzifəsinə keçəndən bəri bu sahədə xeyli dəyişiklik baş verib. Rüşvət və korrupsiya halları nisbətən səngiyib. Həyata keçirilən çoxsaylı islahatlara baxmayaraq, Füzuli Ələkbərovun dövründən qalan bəzi kadrlar yenə də qanunsuz işlərlə məşğul olurlar. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarında Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) cərəyan edən qanun pozuntuları və Kamil Məmmədovun vəzifəsinə laqeyd münasibət bəsləməsi barədə tənqidi yazılar dərc etmişdik. Və həmin məqalələrdə TSEK sədrinin fəaliyyətindəki bir sıra neqativ halları üzə çıxarmışdıq. Təəssüf ki, komissiya sədri barəsində yazılan tənqidlərdən hələlik heç bir nəticə çıxarmayıb. Əksinə, komissiyada xoşagəlməz halların sayı günbəgün artır. Mötəbər mənbələrdən əldə etdiyimiz ən son məlumatlara görə, Nizami TSEK-də köhnə hamam, köhnə tasdır: "Cənab nazir bir neçə gün əvvəl tibbi-sosial ekspert komissiyalarının rəhbər şəxsləri ilə iclas keçirib bu sahədə indiyə kimi görülən işlərdən və qarşıya qoyulan vəzifələrdən danışdı. Nazir iclasda tibbi-sosial ekspertizanın təyin edilməsi zamanı şərait yaradılan qanunsuzluqlara da toxundu. İclasda iştirak edən komissiya sədrləri söhbətin kimlərdən getdiyini yaxşı başa düşürdülər. Nazir üstüörtülü şəkildə vəzifəsinə qazanc mənbəyi kimi baxan komissiya sədrlərinə sonuncu dəfə xəbərdarlıq etdi. Amma Kamil Məmmədov nazirin xəbərdarlığına məhəl qoymur. Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında əlillik dərəcəsinin müəyyən edilməsi prosesi qanunauyğun şəkildə həyata keçirilmir. Sədr qanuni yolla əlillik qrupu almaq istəyən bəzi vətəndaşlara deyir ki, burda qanunu yazan da, pozan da mənəm. Gedin hara istəyirsiniz şikayət edin. Belə çıxır ki, komissiya ölkənin mövcud qanunları əsasında yox, Kamil Məmmədovun özünəxas "qaydaları" əsasında fəaliyyət göstərir. Bura dövlət müəssisəsidir, vətəndaşları incitmək, onları get-gələ salmaq doğru iş deyil. O komissiyaya sədr təyin olunandan indiyə qədər Nizami rayonunda qeydiyyatda olan əlillər əlavə problemlə üzləşmək məcburiyyətində qalıblar. Komissiya rəhbəri dövlətin əmək qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutduğu müavinətləri də onlara çox görür. Əlillik dərəcəsi almaq üçün komissiyaya müraciət edən insanların bir hissəsi müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qalırlar. Belə olan halda vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun rəhbərliyində təmsil olunan şəxslərə inamı azalır. Hətta bu günlərdə əlillərdən biri Nizami TSEK-in qarşısında özünə qəsd etmək istəyib. Lakin yanındakı tanışı onu bu fikrindən daşındırmağa müvəffəq olub. Ümumiyyətlə, komissiyada çalışan şəxslərin və sədrin bura üz tutan insanları incitməyə nə haqqı var? TSEK özəl müəssisə olsaydı, Kamil Məmmədov ürəyi istəyən kimi hərəkət etməkdə sərbəst idi. Bir halda ki, bura dövlət qurumudur, o zaman sədr qanunları pozmamalıdır". Deyəsən, Kamil müəllim Sumqayıt yolunda dediyi sözləri yaddan çıxarıb. "Kimsə 7 il həbsxanada yatır, sonra gəlir nazir olur. Bəs mən nəyə görə vəzifədən çıxarılmalıyam, sən zəngilanlı, mən cəbrayıllı biz bir-birimizi niyə qırırıq. Vəzifədən çıxarmaq lazımdırsa birinci 7 il həbsdə yatmış şəxsi çıxarsınlar". Bu sözləri Kamil Məmmədov Sumqayıt yolunda qəzetimizin təsisçisi və baş redaktoru Habil Vəliyevə deyib. Bəlkə deməməsiniz Kamil müəllim?.. Demisiniz, özü də konkret ad çəkərək. Lazım gələrsə, biz sizin kimi nəzərdə tutduğunuzu da açıqlaya bilərik. Onu da vurğulayaq ki, ƏƏSMN-ə tabe olan bəzi TSEK-lərin rəhbərləri Səlim Müslümovun adından danışmağa başlayıblar. Guya nazir komissiya sədrlərinə deyib ki, sizdən yazan qəzetləri məhkəməyə verin, məhkəmə qərarını mənə gətirin, sizi vəzifədə saxlayım. Biz hörmətli Səlim Müslümovun TSEK sədrlərinə bu yöndə tapşırıq verməsinə heç vaxt inanmarıq. Çünki Səlim Müslümov mətbuat nümayəndələrinə qarşı hər zaman sayğı göstərib və onların sağlam tənqidlərinə haqq qazandırıb. Odur ki, Kamil Məmmədov və başqaları nazirin adından danışmasınlar. Sonda hörmətli nazirdən xahiş edirik ki, Nizami TSEK-də yoxlamaların aparılması üçün aidiyyəti şəxslərə göstəriş versin. İnanırıq ki, Kamil Məmmədovun fəaliyyəti araşdırılsa, bir sıra qaranlıq məqamlara aydınlıq gətiriləcək.
\\ gundelik-baku.com \\

Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt