Əsas Səhifə > Hadisə, Manşet > Aydın Əliyev gömrük komitəsinin sədri postundan alınır - Ona qarşı olan etimad ciddi zədələnib
Aydın Əliyev gömrük komitəsinin sədri postundan alınır - Ona qarşı olan etimad ciddi zədələnib27-11-2014, 10:30 |
DİA.AZ: - Dövlət Neft Şirkətinin rəhbərliyində dəyişikliyin baş verəcəyi hələ xeyli əvvəlindən anons edilsə də, bu istiqamətdə hadisələr tamam fərqli məcrada inkişaf etməyə başladı. Belə ki, DİA.AZ-ın hökumətdəki mənbələrdən aldığı informasiyalardan belə bəlli olur ki, artıq Rövnəq Abdullayevin görəv başında qalıb-qalmaması məsələsi müzakirə predmeti deyil və aktuallığını itirib. Mənbə dia-az.site-a bildirir ki, bu əslində o deməkdir ki, ARDNŞ şefi vəziyyətdən çıxmağa, hədəf olmaqdan yayınmağa müvəffəq olub. «Lakin başqa bir məmurun durumu narahatdır. Bu ilin sonlarına planlaşdırılan böyü dəyişikliklər ərəfəsində həmin məmur görəvdən alına bilər» deyən məlumatlı mənbə iddia edir ki, söhbət Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdən gedir. Mənbənin iddialarına görə, gömrük komitəsi adından verilən hesabatlar dəfələrlə ciddi şəkildə təftiş olunub və Aydın Əliyevin «yuxarılarla» heç də səmimi davranmadığı ortaya çıxıb. Mənbənin bu barədə dia-az.site-a söylədikləri: «Söhbət böyük pullardan gedir. Təsəvvür edə bilməyəcəyiniz qədər böyük pullardan. Artıq neçə müddətdir ki, Aydın Əliyev bu məsələ ilə bağlı təftişə uğramaqdadır və ona qarşı ciddi dəlillər toplanmış hesab oluna bilər. Bunun əsasında da onu təkcə vəzifəsindən etməyəəcəklər, komitə sədri barəsində hüquqi addım da atıla bilər». Bütün maraqlı tərəflərin mövqelərini dinləməyə hazırıq… Geri qayıt |