Əsas Səhifə > Hadisə, Manşet > Universitet tələbələri Mikayıl Cabbarova xahişlə müraciət etdilər - «İmtahanları nazirlik keçirsin»
Universitet tələbələri Mikayıl Cabbarova xahişlə müraciət etdilər - «İmtahanları nazirlik keçirsin»24-11-2014, 11:19 |
DİA.AZ: - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də qanunsuzluqlar var. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup tələbə iddia edir ki, yeni rektor gələndən sonra onlar müəyyən dəyişikliklərin olacağına, rüşvətxorluğun kəsiləcəyinə ümid bəsləsələr də, sonradan yanıldıqlarını anladılar. Tələbələr adından dia-az.site-a daxil olan müraciətdə deyilir: «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu gün hər şeyin öz qiyməti var. Hətta köhnədən yığılıb qalan «imtahan problemləri»ni belə bu gün pul gücünə asanlıqla həll etmək mümkündür. Bir semestri tam yola vrmək üçün 1000-1500 manat pul tələb olunur. O da baxır danışığı aparan şəxsin fərasətinə»… Tələbələr iddia edirlər ki, birbaşa olaraq rəhbərliyin təlimatı ilə bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistraturaya tələbə qəbulunu həyata keçirən iki müəllimdən ibarət qrup fəaliyyət göstərir. (Qeyd edək ki, tələbələr həmin müəllimlərin adlarını və əlaqə telefonlarını da redaksiyamıza təqdim ediblər. Sadəcə olaraq həmin müəllimlərlə əlaqə yarada bilmədiyimizdən, bu barədə geniş materialı yaxın vaxtlarda təqdim etmə qərarını verdik). dia-az.site-a müraciə edən narazı tələbələr bildirir ki, əsas «bazarlar» aktyorluq fakudtəsində və musiqişünaslıq kafedrasında hökm sürür: «Qarşıdan gələn imtahan sessiyası üçün bəri başdan borc pul axtaran tələbələrin sayı onlarladır. Biz təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, xahiş edirik ki, universitetdəki imtahanlar birbaşa olaraq nazirliyin iştirakı və nəzarəti altında keçirilsin. Əks halda, kasıb və imkansız tələbələrin qiymət alması mümkün olmayacaq». Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |