Əsas Səhifə > Hadisə, Manşet > Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevə ağır ittiham

Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevə ağır ittiham


20-11-2014, 11:22
Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevə ağır ittiham
İİN-nin Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin barəsində KİV-də dəfələrlə şikayət məktubu dırc olunub. Bu sırada "Təzadlar"a daxil olan şikayətlər də diqqəti çəkir. Maraqlıdır ki, TV-lərdə bu qurumun fəaliyyəti barədə fantastik tərif gedir. Amma bu dəfə vəziyyət 360 dərəcə dəyişdi. Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciətində dəhşətli faktlar yer alıb. Əli Hüseynov müraciətin bir surətini də "Təzadlar"a göndərib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə, aşağıda şəhid atasının müraciətini təqdim edirik: "Cənab nazir, mən şəhid atası bir aydan artıqdır, sizin qəbulunuza düşə bilmirəm ki, işçinizin məndən və oğlumdan "şapka" istədiyini faktlarla şəxsən diqqətinizə çatdıra bilim. Məni bu gün də, yəni 18 noyabr tarixində də qəbulunuza yazmadılar. Siz şəhid atasından "şapka" istyən, vəzifəsinə layiq olmayan bir insana - Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevə görə məni qəbul etmirsiniz. Sizdən xahiş edirəm ki, bir nazir kimi məni doğru başa düşün. Mən qəbulunuza gəlib sizdən borc pul istəmirəm, ev istəmirəm. Mən qanuna müvafiq olaraq sahibkarlıq fəaliyyəti üçün kredit ayrılmasına razılıq verməyinizi istəyirəm. Bunun müqabilində bütün əmlakımı girov qoyuram.
Cənab nazir, siz məni qəbul etməyənə qədər Şirzad Abdullayev "Azəriqazbank"a göstəriş verib ki, Hüseynovların sənədlərini fonda yollamayın və yaxud bir bəhanə tapıb "yox" cavabı verin. Sizdən xahiş edirəm ki, 78 yaşlı bir kişini İmişliyə, Gəncəyə süründürməyin. Məni Bakıda qəbul edin və işçinizin məndən nə istədiyini özümdən eşidin.
Cənab nazir, əkin-biçinimi yubatdığına, sahibkarlıq fəaliyyətimə mane olduğuna, şəhid atasını əziyyətə saldığına, süründürdüyünə görə Şirzad Abdullayevə "ayıb olsun!" deyirəm. Mən məcburiyyət qarşısında qalıb, bu müraciəti mətbuat vasitəsilə ictimailəşdirdim. Xahiş edirəm ki, müraciətimi oxuyub məni dərhal qəbul edəsiniz".
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Hazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin rəhbəri olduğu qurum barədə ictimai rəydə daha kəskim mənfi münasibət formalaşıb.
Mövzuya qayıdacağıq.

Geri qayıt