Əsas Səhifə > Hadisə, Manşet > Ermənilər nəhayətdə rəsmi Bakıya ağız açmalı olacaqlar...

Ermənilər nəhayətdə rəsmi Bakıya ağız açmalı olacaqlar...


19-11-2014, 12:15
Ermənilər nəhayətdə rəsmi Bakıya ağız açmalı olacaqlar...
Noyabrın 12-də Ağdam ərazisində Ermənistana məxsus Mİ-24 hərbi vertolyot vurulduqdan sonra erməni tərəfi həlak olanların cəsədlərini götürə bilməməkdən şikayətlənir.

Ermənilərin məlumatına görə, Azərbaycan tərəfi altı gündür ki, həmin ərazini fasiləsiz olaraq atəşə tutur.

Eyni zamanda bəzi erməni ekspertlər və hərbçilər vertolyotun Azərbaycanın mövqeləri üzərində vurulmadığını, onun bir yarım- iki kilometr məsafədə olduğunu söyləməkdə davam edirlər.

Əgər belədirsə, deməli, vertolyot ermənilərin nəzarətində olan ərazidə vurulub. O zaman nədən cəsədləri götürə bilmirlər? DİA.AZ bildirir ki, buda kifayət qədər ciddi sualdır və ermənilərin iddiasını darmadağın edir. Yəni onlar haqlıdırlarsa, helikopterləri hansısa "konvensiyanı" pozmayıbsa və onların nəzarəti altında olan ərazidə uçuş edibsə, o zaman meyitlərini nədən apara bilmirlər?

Qeyd edək ki, bu arada Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, vertolyotun qalıqları Azərbaycanın mövqelərinin 100, erməni mövqelərinin 300 metrliyindədir.

Adının açıqlanmasını istəməyən hərbi mənbələr vəziyyəti Turan-a şərh edərkən qeyd ediblər ki, cəsədləri və vertolyotun qalıqlarını götürmək üçün siyasi qərar lazımdır. Bakı ilə danışmaq lazımdır.

Məsələnin humanitar tərəfindən başqa sırf hərbi aspekti də var. Ermənilər bildirirlər ki, vertolyotda silah olmayıb və təlim uçuşlarını yerinə yetirib. Lakin vertolyotun qalıqlarına baxış bunun əksini sübut edə bilər. Dolayısı ilə buna sübut kimi erməni tərəfin Qarabağda keçirdiyi hərbi təlimlər barədə videokadrları göstərmək olar. Kadrlarda iki Mİ-24 vertolyotunun yerüstü məqsədlərlə 10-dək raket buraxdığı aydın görünür. Çox güman ki, vurulan vertolyot onlardan biridir, ekspertlər hesab edirlər.

Erməni tərəfi məsələni Qırmızı Xaç, ATƏT və digər beynəlxaq təşkilatlara müraciətlər vasitəsilə həll etməyə çalışır. Lakin indiki halda Azərbaycana təzyiq göstərmək cəhdləri çətin ki onlara kömək etsin. Belə ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin reaksiyası göstərdi ki, ATƏT Bakı ilə razılaşdırılmamış birtərəfli addım atmayacaq.

Ermənilər üçün nə qədər ağır olsa da, bunu Bakıdan xahiş etməli olacaqlar.

Geri qayıt