Əsas Səhifə > Hadisə, Manşet > Ucqar kənddə yaşayan Qarabağ əlili prezidentdən kömək istədi
Ucqar kənddə yaşayan Qarabağ əlili prezidentdən kömək istədi18-11-2014, 12:29 |
DİA.AZ: - Ucar rayonu Bağman kəndi sakini, 2-ci qrup Qarabağ Müharibəsi əlili Lətifov Loğman Ətraf oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır: “1993-cü il tarixində Qarabağın azadlığı uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə güllələr dəyib ağır yaralanıb 2- ci qrup əlil olmuşam. Çox ağır cərrahiyə əməliyatına məruz qaldım, qarın nahiyəmə 87 tikiş qoyulub, Güllənin birini çıxarmaq mümkün olmadı ki, hələ də bədənimdə güllə gəzdiririrəm. Səhhətim ağır olaraq qalır. Ancaq vətənimin azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyimdən fəxr edirəm, qürur duyuram. Çox təssüf olsun ki, Qarabağ Müharibəsi əlillərinə verilən imtiyazlardan heç cürə istifadə edə bilmirəm. Belə ki yaşadığım Bağman kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir ki, tez-tez rayon mərkəzinə gedib-gələndə əziyyət çəkirəm. Şəxsi avtomobilim olmasa da, Qarabağ əlilləri üçün pulsuz verilən avtomobil növbəsindəyəm. Ancaq səhhətimi, uzaq məsafədə yaşamağımı nəzərə alıb mənə hələ də avtomobil verilməyib. Baxmayaraq ki, məndən sonra növbəyə dayananlara artıq avtomobil verilib, ancaq məni hələ də gözlədirlər. Himayəmdə 4 uşağım var, ailəmiz mənim təqaüdümlə birtəhər yoxsulluq həddində yaşayır. Səhhətimdə ki, çox pisdir, xəstəlikdən əziyyət çəkirəm. Mənim xəstəliyimi, ailə vəziyyətimi və ucqar kənddə yaşamağımı nəzərə alıb avtomobillə təmin edə bilərlər , ancaq bu barədə etdiyim müraciətimə baxılmamışdır. Mən mətbuat vasitəsi ilə cənab Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovdan çox-çox xahiş edirəm - səhhətimi. maddi imkansızlığımı və ucqar kənddə yaşamağımı nəzərə alıb mənə Qarabağ Müharibəsi əlilləri üçün pulsuz verilən avtomobil verilməsinə köməklik edəsiniz. İnanıram ki, hörmətli Prezident, Mehriban xanım və cənab Nazir müraciətimi nəzərə alıb mənə kömə edəcəklər. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm”. Geri qayıt |