Əsas Səhifə > Hadisə, Manşet > Səfər Əbiyevin gizli biznes ortağı Zakir Həsənovla da işləməyə davam edir
Səfər Əbiyevin gizli biznes ortağı Zakir Həsənovla da işləməyə davam edir14-11-2014, 12:06 |
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna Bakı Tikiş Evinin rəhbərliyinə ağır ittihamların yer aldığı bir məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni bəzi ixtisarlarla diqqətinizə təqdim edirik və bəri başdan bəyan edirik ki, yazıda maraqlı olan bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq: “Ulu Öndərimiz Heydər Əliyev cənabları Azərbaycan prezidenti olan dövrdə Azərbaycan ordusunun güclənməsi və rifah halının yaxşılaşması Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda çox böyük işlər görmüşdür. O, Azərbaycan xalqının ləyaqətli həyat tərzində yaşamasını arzulayırdı. Səfər Əbiyev müdafiə naziri işləyən dövrdə Ali baş komandan Heydər Əliyev cənabları Azərbaycan ordusunu ciddi nəzarət altında saxlayırdı. Əsasən ordunun qidalanması, geyim ləvazimatları Azərbaycan ordusunun dünya standartına uyğun olması üçün bütün imkanlardan istifadə edilməsini müdafiə naziri Səfər Əbiyevə ciddi tapşırmışdı. Amma Bakı Tikiş Evinin direktoru Rəhimov Fədai Azərbaycan ordusuna büdcədən ayrılmış pul vəsaitlərinə özünün qazanc mənbəyi kimi baxır. Azərbaycan ordusuna keyfiyyətsiz, ucuz başa gələn Çin parçalarından istifadə etməsi birbaşa Azərbaycan Ordusunun qışda donmasına, yayda isə istidən əziyyət çəkməsinə gətirib çıxarırdı. Ona görə də Müdafiə Nazirliyinin komissiyalarının üzvlərini aldatmaq üçün etalon nümunələrini Türkiyə parçalarından hazırlayıb Tender komissiyasına təqdim edirdi. Qiymətləri bir neçə dəfə artırmaq şərti ilə saxta keçirilən tenderlərin qalibi olurdu. Abşeron rayonunda yerləşən Xırdalan Dəri Xəz Fabriki də o vaxtlar tenderdə iştirak etmək üçün bütün lazımi geyim sifarişlərini dövlət standartlarına uyğun hazırlayıb tender komissiyasına təqdim etmişdir. Təəssüflər olsun ki, Bakı Tikiş Evinin nümunələri Rəhimov Fədainin səyi nəticəsində keçirilən tenderdə qalib elan olunmuşdur. Xırdalan Dəri Xəz Fabrikinin qalibi hörmətli prezidentə və müdafiə nazirliyinə teleqram vuraraq Rəhimov Fədainin gizli əməllərini üzə çıxarmışdır. Hörmətli Ali Baş komandan Heydər Əliyev cənabları müdafiə naziri Səfər Əliyevə geyim ləvazimatlarının tenderinin necə keçirilməsini araşdırıb və təcili surətdə araşdırılıb qanunu pozan hərbçilərin cəzalandırılmasını tələb etmişdir. Müdafiə naziri Səfər Əliyev tenderdə iştirak edən hərbçiləri qanun pozuntusuna görə tutduğu vəzifədən azad edib hörmətli ali baş komandana məruzə etmişdir. Müdafiə Nazirliyinin tenderinin qalibi Xırdalan Dəri Xəz Fabriki olduğu bildirilmişdir. Beləliklə, Rəhimov Fədai Rəşad oğlunun fikirləşib çəkdiyi plan puç olmuşdur. Bununla sakitləşməyən Rəhimov Fədai uzun illərdir ki, Müdafiə Nazirliyinin sifarişlərini gizli yolla, yəni bir çox firmalar açaraq Müdafiə Nazirliyinin tender komissiyalarını çaşdırmaq məqsədini güdərək saxta laboratoriya rəyi əsasında firmalarının birinin qalib elan olunmasına nail olur. Çünki qalib elan olunan firmanın bütün sifarişlərini Bakı Tikiş Evi yerinə yetirir. Yuxarıda qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyinin ordusunun sifarişləri ucuz, keyfiyyətsiz Çin parçalarından hazırlanır. Bunun nəticəsində orduda qulluq edən əsgərlər dəri xəstəliyi, göbələk xəstəliyi və başqa xəstəliklərə tutulurdular. Hal-hazırda dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulmuş qiymətdən də aşağı düşə bilər. Büdcədən Müdafiə Nazirliyinə ayrılan pul vəsaitlərini çox ciddi şəkildə qorumaq lazımdır ki, Azərbaycan ordusu daha da güclənsin və xalq öz arzusuna çatıb düşmən üzərində qələbə çalsın. Ona görə keçirilən tenderlər dəqiqliklə araşdırılıb yoxlanılmalıdır. R. Fədai bu arada 2015-ci il tenderini saxtalaşdırıb qalib olmaq üçün cürbəcür planlar çəkir ki, birbaşa müqavilə ilə bu 18 lotu ələ keçirsin. Ona görə də uzun illər boyu yoxlamalar zamanı orduda aşkar olunan nöqsanlara görə Müdafiə Nazirliyinin hərbçiləri cəzalandırılıb işdən azad olunurlar. Bunun əsas səbəbkarı Bakı Tikiş Evinin direktoru R. Fədaidir. Əfsuslar olsun ki, hələ uzun illərdir işlədiyi vaxtda R.Fədai ordunun pul vəsaitlərini ələ keçirməkdə davam edir. Buna misal olaraq 2015-ci ildə birdəfəlik müqavilə ilə Bakı Tikiş Evi ilə Müdafiə Nazirliyi arasında 18 lota tərtib olunan müqavilələri göstərmək olar. Qış paltosu; Matroslar üçün gödəkcə və şalvar; Kursantlar üçün qollu köynək və şalvar; hərbi hava qüvvələri üçün kostyum; tank heyəti üçün kombinizon; kitel və şalvar üçün qış parçası; komufulyaj parça; süni xəzdən qulaqlı papaq; uzunqol köynək; iplik dəsmal; xovlu dəsmal; bel kəməri; qazança; qış uzunboğaz çəkməsi; keçə çəkmə; pambıq döşək; yarıyun ədyal; döşək ağı; yay səhra kostyumu (fraşka ilə); qış səhra kostyumu (fraşka ilə); istiləşdirilmiş gödəkcə; istiləşdirilmiş şalvar. Bu lotların hamısı birbaşa müqavilə ilə Bakı Tikiş Evinə və onun firmalarına verilmişdir. Bununla da Rəhimov Fədai Rəşad oğlu öz əməllərini həyata keçirməyə nail olmuşdur”. Geri qayıt |