Əsas Səhifə > Hadisə, Manşet > Keçmiş deputat Daşkəsəni talamaqla məşğuldur - Sakinlərdən şok ittihamlar
Keçmiş deputat Daşkəsəni talamaqla məşğuldur - Sakinlərdən şok ittihamlar24-10-2014, 12:56 |
“Daşkəsən rayonu demək olar ki, ağır günlərini, ağır illərini yaşayır”. Bunu tia.az-ın redaksiyasəna ünvanladıqları məktubda rayon sakinləri yazırlar. Bildirirlər ki, Daşkəsən şəhəri hər bir tərəfdən içməli bulaqlarla zəngindir: “Şəhərin su ehtiyatını yaxşılaşdırmaqdan ötrü 90-cı illərin axərında Qoşqar dagından rayona su xətti cəkildi. Bu xətt şəhər sakinlərinin içməli suya olan təminatını ödəyirdi. Lakin artıq 4 ildir ki, bu xəttin suyu Xoşbulaq yaylağına gələn heyvan sürülərinə və Xoşbulaqda tikilən bağ evlərinə satılır. Rayon Su İdarəsini rəisi Pənah Əhmədov bu idarəyə rəis təyin olunandan rayonda mənzillərə su sayğaclarının quraşdırılması dayandırıldı, əhalidən adambaşı hesabla pul yığılmağa başlanıldı. 1860 abunəçısı olan şəhərin 70 faizində su sayğacı yoxdur. Sakinlərə 5-9 gündən bir su verilir, bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yıgılır, bu da orta hesabla her ay 4-5 min manat artıq pulun mənimsənilməsinə gətirib çıxarır. Yay aylarında Qoşqar su xəttindəki su hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla Xoşbulaqdaca satılır. Bu, orta hesabla her il yay aylarında 30000-45000 manat pul demekdir ki, onu da Əhmədov çox məharətlə mənimsəyir. Şəhər əhalisi isə susuz qalır”. Sakinlər qeyd edirlər ki, Daşkəsənə gələn digər Gülbulaq su xəttində elektrik enerjisinə qənaət edərək su anbarlarına fasilə ilə su vurulur: “Bu azmış kimi, su idarəsini rəisi rayonda olan su maşınlarından hər gün 30 manat məzənnə almaqla suyu istədikləri vaxt istədikləri qədər əhaliyə satdırır. Burda əhaliyə əsil Kerbala zülmü verilir. Sakinlər bulaqlardan su gətirib mənzildə işlədir. Verilməyən suya görə də hər ay icra qurumlarının təzyiqi altında pul yığılır. Hər il rayon su xəttinin təmirinə yüz min manatlarla pul ayrılır cari təmir adı altında saxta sənədlə P.Əhmədov bunları da mənimsəyir. Qış fəslinə heç bir hazırlıq işləri aparılmır və bunun nəticəsində qışda su borularını bir çoxu donur ki, bu da sakinlərin 10-15 günlərlə susuz qalmasına səbəb olur”. Müraciət müəllifləri P.Əhmədovu başqa bir əməldə də ittiham edirlər. Bildirirlər ki, o, rayonda Qarabag əlilləri üçün nəzərdə tutulan binadan 3 otaqlı mənzili saxta sənədlərlə özəlləşdirib: “Rayon rəhbərliyi özbaşınalığın pik həddindədir. İcra başçısı Əhəd Abıyev və onun Namiq adlı müavini özlərinə 3 mərtəbəli əyləncə mərkəzi tikdirirlər. Son 10 ildə burada olan Heydər Əliyev parkına 15 milyon manat xərclənib. Heydər Əliyev mərkəzi təzədən təmir edilir, halbuki bu binaya son 8 ildə 10 milyon manat xərclənib. Heydər Əliyev küçəsində təmirli hasarlar səkilər sökülüb təzədən tikilir. Bu da ulu öndərin adından istifadə edərək külli miqdarda pulun havaya sovrulmasıdır. Çünki rayonun digər küçə və məhəllələri nə asfalt nə də təmir görür. Rayonun ən yüksək və mənzərəli yerində köhnə stadionun yanini çevirdilər zibilliyə. Hətta şəhərdən 10 km aralı olan “ELBA” kolbasa kombinatı da tullantılarını gətirib ora tökur və burada zibilin üstü örtülmür. Vaxtaşırı orda zibili açıq havada yandırırlar bu da rayonu üfunət iyinin bürüməsinə səbəb olur”. Sakinlər qeyd edirlər ki, rayon rəhbərliyi rayona ayda 2-3 günlüyə gəlir: “Belə rayonda necə dirçəliş, inkişa olar axı? Rayonda yerləşən idarə və müəssisələrin 85 faizinin rəhbərləri başqa rayonlardan gələnlərdir, onlar da tezdən gəlib axşam gedirlər, rayonda yaşamırlar. Belə gedişlə regionlar hec vaxt inkişaf etməz. Regionların inkişafı ilə balı qəbul olunan dövlət proqramı belə tərsinə yerinə yetrilir. Bu da prezidentin, dövlətin əleyhinə görülən işlərin bir qismi kimi dəyərləndirilir”. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. \\ tia.az \\ Geri qayıt |