Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Şəkidə yaşayan 9 yaşlı körpənin adından tükürpədən müraciət yayıldı
Şəkidə yaşayan 9 yaşlı körpənin adından tükürpədən müraciət yayıldı20-10-2014, 11:28 |
DİA.AZ: - Redaksiyamıza elə bu dəqiqələrdə “Kömək edin” başlığı ilə [email protected] e-mail ünvanından müraciət daxil olub. Hər halda mətndən anlaşılanı odur ki, guya DİA.AZ-a müraciət edən 9 yaşlı uşaqdır və o, sonu boşanma ilə bitən bir ailə münaqişəsinin qurbanıdır. DİA.AZ olaraq həmin mətni təqdim edirik: “Mən,Teymurov Əbdürrəhim Dəyanət oğlu 9 yaşım var. Ata və anam boşanıblar.mən anamın yanında qalmaq istəmirəm.Çünki məhlədə anamı pis qadın kimi tanıyırlar və məktəbdə də uşaqlar mənə "... oğlu" deyə gülür lağ edirlər. Məktəbə getmək istəmirəm.Anam Zamanova Esmira məni hər gün döyür.İndi atam Dəyanətin yanına qaçıb gəlmişəm və onun evində yaşamaq istəyirəm.Amma anam məni polisin köməyilə öz evinə zorla aparmaq istəyir.Və atamı da həbs etdirmək istəyir.xahiş edirəm kömək edin. Yaşayış ünvanı: Şəki şəhəri, Mikayıl Müşfiq küçəsi ev 47, mob. 055-7039544.” Hər halda, biz bu məktubu təqdim etsək də, təqdir etmirik. Çünki məktubun uşaq tərəfindən yox, onun atası və yaxud da atasının marağını güdən birisi tərəfindən yazıldığı aydındır. Sadəcə olaraq, bizi narahat edən məsələ uşağın çıxılmaz vəziyyətə düşməsidir. Məktubu hətta onun özü belə yazmasa da, bu gün atası ilə anasının arasında seçim etməli olan bu körpənin ürəkağrıdan həyat hekayəsinin davamının bundan sonra yaxşı notlarla cərəyan etməsi üçün Allaha dua etməyimizdən başqa bir yolumuz yoxdur. Allah köməyi olsun… Burada kimin haqlı, kimin haqsız olduğunu iddia edə bilmərik. Mətndə iddia olunanlara da şərik çıxmırıq. Yalnız bir daha vurğulayırıq ki, ağrılı olanı 9 yaşlı uşağın üzləşdiyi acı HƏYAT TƏCRÜBƏSİDİR… Geri qayıt |